Page 8 - Sela
P. 8
İLO XOSE SELA
mәnaca bir-birinә yaxın olan epitetlәrin birlәşdirilmәsi, cümlәnin
әvvәlindә gәlәn adların vә yaxud yanaşı cümlәlәrdә ilk sözlәrin
tәkrarlanması Selanın üslub virtuozluğundan xәbәr verir.

O, bir gözbağlayıcı kimi sanki sehrli çubuğu ilә qara qutudan
әyalәt hәyatının kadrlarını çıxarıb oxuculara nümayiş etdirir,
zәngin vә qeyri-adi insan obrazlarını canlandırır. Sela üçün İspa-
niyada maraqsız adam yoxdur. O, romanda nә qәdәr personaj
varsa, hamısına ayrıca bir “tale mәtni” uydurur. Ustad yazıçı
mәişәt stereotiplәrinin qәribәliyi, qeyri-ciddiliyi, yaşam tәrzinin
absurdluğu ilә qrotesk vә mifoloji elementlәri ustalıqla birlәşdirir.
Bir neçә cümlәylә, xırda, ötәri dialoqlarla, gözlәnilmәz detallarla
hәr personajın tәrcümeyi-halını mini-novella sәviyyәsindә tәqdim
edir. Onun romanlarının personaj dünyasını arı pәtәyinә bәnzәtmәk
olar. Romanlarından birinin “Pәtәk” adlanmasında da, yәqin ki,
bir metaforik mәntiq var.

Qәrbdә şöhrәt qazanmış insanların adlarını inisialla tәqdim
etmәk әnәnәsi var. Kamilo Xose Sela da bu sıradandır – ispan
mәtbuatında onun adını mәhәbbәtlә CJC abreviaturası ilә (Camilo
Jose Cela) yazırlar. İspaniyada ideoloji ehkamlar vә estetik prin-
siplәr dәyişsә dә, K.X.Selanın nüfuzu hәmişә sabit vә yüksәk
qalır...

Rüstәm Kamal,
filologiya elmlәri doktoru, professor

8
   3   4   5   6   7   8   9   10   11   12   13