Page 7 - Sela
P. 7
İspaniyanın portretini çəkən yazıçı
Әnәnәvi realist romanlarda alışdığımız xronoloji ardıcıllıq,
konkret süjet bu romanda yoxdur. Yalnız bir konkret tarix –
1936-cı ilin iyul ayı romanın zaman vә mәkanını müәyyәn edir,
bu da İspaniyada vәtәndaş müharibәsinin başlanmasına işarәdir.
Әslindә, әsәrin süjeti iki hadisә üzәrindә qurulub: Fabian
Mingelanın iki yerli sakini qәtlә yetirmәsi vә cinayәtkardan qi-
sas alınması. Amma süjet mәsamәlәrindә bir “ölüm ruzigarı” do-
laşır. Sela burda da personajların söhbәtini, replikalarını, xatirә-
lәrini qәribә bir ustalıqla “tәsbehә düzür”. Personajların içlәrindәki
qaramata vә günahlara rәğmәn (fahişәlәrin, avaraların, әxlaqsız
keşişlәrin vә s.) ömürlәrindәn boylanan zәif işıq, erotika vә qara
yumor romanda bir-birinә qarışıb. Hadisәlәr arasındakı müddәt
bir neçә il çәkir. Ona görә dә romanda iki dәfә Parroça kafesinin
kor akkordeonçusu Qaudensio Beyranın ifasında “Körpә Marianna”
sәslәnir – biri 1936-cı ildә şәhid olanların ruhuna rekviyemdir, o
birisi – dörd il sonra ölkәdә bәrqәrar olan әdalәtin himnidir.
K.X.Sela daim yeni ifadә formaları axtaran, üslub eksperi-
mentlәri aparmağı sevәn, komik ifadә üsullarına güclü meyil
edәn yazıçıdır. Eybәcәr, qәribә, bir az da anormal insanların mә-
nәvi dәyәrlәrini vә etik anlayışlarını (şәrәf-lәyaqәt, xeyirxahlıq,
kişilik vә s.), onların hәyatda xoşbәxt olmaq vә sevinmәk arzu-
larını farsa, karikaturaya çevirmәkdәn zövq alır. Personajların
hәyatında baş vermiş hadisәlәrin anlaşılmaz absurdluğunu qabardır,
mücәrrәd, mәnasız situasiyaları isә ciddi şәkildә, komik tәfәrrüatlarla
tәqdim edir. Bәdii buffonada yazıçıya ağrılarını, sosial emosiyasını
gizlәtmәk üçün bir maska rolunu oynayır. Tәsadüfi deyil ki, kari-
katurmisal personajlara, qrotesk situasiyalara vә süjetlәrә görә
tәnqidçilәr bәzәn onu yumoristlәr sırasına daxil edirlәr. Sela san-
ki personajları ilә mәzәlәnir, onların sәfeh, mәntiqsiz davranışla-
rını әlә salır.
Әn xırda mәişәt detalları vә etnoqrafik cizgilәr onun müşahidә
obyektinә düşür. İspan düşüncәsinin, ispan nitqinin özәlliyini vә
gözәlliyini göstәrmәk Selanın üslub ehtirasıdır. Bunu hәtta
tәrcümәdә dә hiss etmәk olur. Sintaktik folklor modellәri, tәkrarlar,
7