Page 10 - Sela
P. 10
PASKUAL DUARTENİN AİLƏSİ

Bu yazı karyerama çox kömәk
etmiş düşmәnlәrimә ithaf olunur.

ƏLYAZMANI KÖÇÜRƏNİN QEYDİ

Mәncә, Paskual Duartenin xatirәlәrini nәşr
etmәyin әsl vaxtıdır. Bunu әvvәllәr elәmәk,
yәqin, tәlәskәnlik olardı; xatirәlәri çapa
hazırlamağa tәlәsmәdim, çünki hәr bir işә, o cümlәdәn,
әlyazmadakı orfoqrafik sәhvlәrin düzәlişinә vaxt lazımdı,
necә deyәrlәr, tәlәsәn tәndirә düşәr. Onu gecikdirmәk dә
mәn tәrәfdәn süründürmәçilik olardı: әsәr yazılıbsa, nәşr
edilmәlidir.
Kiminsә Almendralexodakı apteklәrin birindә qoyduğu
bu qeydlәri 1939-cu ilin ortalarında tapmış, asudә vaxtlarımda
onu araşdırıb qaydaya salmaqla mәşğul olmuşam, çünki
xәttin qismәn pis olmağından, qismәn dә sәhifәlәrin dörddә
birinin nömrәlәnmәmәsi vә ardıcıllığın pozulması ucbatından
әlyazma zorla oxunurdu.
Bәri başdan deyim ki, indi oxucuya tәqdim etdiyim bu
әsәrin әrsәyә gәlmәsindә mәnim iştirakım onun üzünü
köçürmәklә mәhdudlaşır; üslubu saxlamaq xatirinә yazının
bir hәrfinә belә toxunmamışam. Hәddindәn artıq әdәbsiz
yerlәrini qayçılamışam vә bu, tәbii ki, oxucunun bәzi xırda
tәfәrrüatlarla tanış olmaq imkanını әlindәn alsa da, (bunun
nә olduğunu bilmәdiyindәn, oxucu heç nә itirmir), onu
iyrәnc tәfsilatlardan xilas edir. Bir daha deyirәm: hәmin
yerlәri düzәltmәkdәnsә, kәsib atmağı üstün tutmuşam.
Mәncә, qәhrәman öz hәrәkәtlәrinә görә yeganә
mәxluqdur ki (yalnız bunun üçün әlyazmanı üzә
çıxarmışam), ona bәnzәmәk yox, әksinә, görәndә tәrәddüd

10
   5   6   7   8   9   10   11   12   13   14   15