Page 15 - Sela
P. 15
Paskual Duartenin ailəsi
xәrclәmәyә xәsislik etmәyәn ev sahibinin dövlәtli olmasına
baxmayaraq, artıq dediyim kimi, tәkcә yaxşı tәrәfdәn yox,
hәm dә pis tәrәfdәn başqalarının evindәn fәrqlәnirdi –
evin fasadı hamının, hәtta әn kasıb adamın evi kimi
ağardılmamışdı, necә varsa elәydi (ona görә adi görünürdü),
ancaq don Xesusun, yәqin, buna bir sәbәbi varıydı. Giriş
qapısının üstündә, lәlәkli dәbilqәdә olan qәdim döyüşçü
başlarıyla bәzәnmiş gerb gözә çarpırdı; evi gәlәcәk
tәhlükәlәrdәn qorumaq üçün başın biri şәrqә, o biri qәrbә
baxırdı. Meydanın arxasında, don Xesusun eviylә yanaşı
daş zәng qüllәsi olan vә zәngi nәsә bir başqa cür sәslәnәn
kilsә ucalırdı; bu sәsi tәsvir elәyә bilmirәm, ancaq bir
addımlıqda sәslәnirmiş kimi aydınca eşidirәm. Qüllә saat
hündürlükdә idi, ancaq uçub gәlәn leylәklәr ötәn yayı
harda yuva qurduqlarını bilirdilәr: iki qışı bizdә keçirәn
axsaq leylәk kilsәnin üstündәki yuvadan idi – әtcәbala
olanda qırğıdan qorxub yıxılmışdı.
Evim yolun o üzündә, kәnddәn tәxminәn iki yüz addım
aralıda idi. Ensiz – ictimai mövqeyimә uyğun – birmәrtәbәli
olsa da, ona öyrәşmişdim, hәtta bәzәn qürur da duyurdum.
Əslindә, evdә baxılası yeganә yer mәtbәx idi – içәri girәn
kimi gözә dәyirdi. Hәmişә tәmiz, sәliqәylә ağardılan,
döşәmәsi torpaq olmasına baxmayaraq, möhkәm
tapdalanmış vә xırda daşlarla naxış vurulan mәtbәxim,
başqalarının sementlәnmiş, sahiblәrinin belә daha müasir
saydıqları mәtbәxindәn geri qalmırdı. Ocaq böyük idi,
buxarının yanlarına isә bәzәkli qablar: mavi naxışlı bardaqlar,
mavi vә sarı rәsmlәri olan boşqablar düzülmüşdü – birindә
adam, o birindә gül, ya balıq tәsvir olunmuş, bir başqasına
isә ad yazılmışdı. Divardan müxtәlif şeylәr: gәminin
göyәrtәsindә yelpikli qız tәsviri olan, şәklin altından isә
gümüş tozuyla bәzәk vurulmuş: “Modesto Rodriges. Yüksәk
keyfiyyәtli müstәmlәkә malları; Merida (Badaxos)” imzası
15