Page 19 - Sela
P. 19
Paskual Duartenin ailəsi

adamın canına işlәyәn gözlәri tövbә qәbul elәyәn keşişin
gözünә oxşayırdı. Bәdәnimi әsmәcә tutdu, elә bil bu titrәyiş
әlim vasitәsilә canımdan çıxmağa çalışırdı. Eşmәm çoxdan
sönmüşdü, әlimlә astaca sığalladığım tәklülәm dizlәrimin
arasında idi. Tula inadla gözünü mәndәn çәkmirdi, elә bil
ilk dәfә görürdü, ya indicә mәni nәdәsә günahlandıracaqdı;
onun baxışlarından qanım damarlarımda elә qaynadı ki,
tәslim olacağım anın yaxınlaşdığını hiss elәdim; canım
yanırdı, dәhşәtli dәrәcәdә yanırdı vә heyvanın iti baxışları
altında gözlәrimi endirdim.

Tüfәngi qaldırıb atәş açdım, doldurub yenә atәş açdım.
İtin qara vә qatı qanı yavaş-yavaş torpağa axdı.

2
Uşaqlıqdan o qәdәr dә xoş olmayan xatirәlәrim qalıb.
Atam Esteban Duarte Dinis portuqal idi, dağ kimi hündür,
iri adam, mәn körpә olanda qırx yaşındaydı. Dәrisi gündәn
qaralmışdı, qara lopa bığlarının ucları aşağı sallanmışdı.
Deyilәnә görә, cavanlıqda bığını yuxarı bururmuş, ancaq
hәbsxanada köpünü alandan sonra ölәnә qәdәr bığının
ucları sallaq qalmışdı. Onun hörmәtini saxlayırdım, hәm
dә bәrk qorxurdum, bacardıqca ondan uzaq durmağa
çalışırdım; sәrt vә kobud adam idi, cavab qaytaranı
xoşlamırdı, – mәn dә işimi bildiyimdәn ehtiyatlı tәrpәnirdim.
Yerli-yersiz hirslәnәndә әlinә keçәnlә anamı vә mәni çırpırdı;
anam da dinc durmayıb cavab qaytarırdı, mәn isә
balacaydım, taleyimә boyun әymәkdәn başqa çarәm
qalmırdı. Uşaqlıqda adamın bәdәni hәssas olur!
Hәbsxanaya nә üstündә düşdüyünü nә atamın özündәn,
nә anamdan soruşmağa ürәk elәmәmişdim; iti niyә
hürdürәsәn. Ancaq, әslindә, soruşmağa ehtiyac da yoxdu,
hәr şeyi tez-tәlәsik gәlib deyәn adamlar (canıyananlar
hәmişә tez tapılır, xüsusilә dә әhalisi bu cür az olan

19
   14   15   16   17   18   19   20   21   22   23   24