Page 21 - Sela
P. 21
Paskual Duartenin ailəsi

maraqlandırmırdı, bunun da nәticәsindә xırda bir şeyin
üstündә alәm bir-birinә qarışırdı, dava-dalaş günlәrlә
çәkirdi. Adәtәn, heç birinin tәrәfini saxlamırdım, çünki,
açığı, kimin haqlı olması mәni maraqlandırmırdı; hәrdәn
atamın anamı, hәrdәn dә anamın atamı döydüyünә
sevinirdim, ancaq heç vaxt bu mәnim üçün hәyati әhәmiyyәt
kәsb elәmirdi. Anam yazıb-oxumaq bilmirdi, atam bilirdi
vә bununla fәxr elәyirdi, hәftәnin yeddi günü savadını
anamın başına qaxırdı, yerli-yersiz onu savadsız sәfeh
adlandırırdı – bu da anam üçün ağır tәhqir idi, onu özündәn
çıxarırdı. Atam bәzәn evә qәzet gәtirirdi, istәsәk dә, istәmәsәk
dә, bizi mәtbәxә yığıb, son xәbәrlәri ucadan oxuyurdu;
xәbәrlәr sonra müzakirә olunurdu vә bax bu yerdә mәni
әsmәcә tuturdu, çünki müzakirә hökmәn dava-dalaşla
nәticәlәnirdi. Anam atamın acığına deyirdi ki, qәzetdә belә
şeylәr yoxdu, onların hamısını özündәn uydurub, atam da
hirslәnirdi, dәli kimi bağırırdı, onu “savadsız sәfeh, ifritә”
adlandırırdı vә uca sәslә “әgәr yazılanı oxuya bilsәydi,
qәtiyyәn onunla evlәnmәzdi” demәyi dә yaddan çıxarmırdı.
Bu yerdә hay-hәşir qalxırdı: anam atama “kobud kәndçi,
әclaf, sәfil, portuqalcığaz” deyirdi, o da bu sözlәri gözlәyirmiş
kimi, qayışı çıxarıb, yorulana qәdәr anamı mәtbәxdә
qovurdu. Əvvәllәr bir-iki qayış da mәnә dәymişdi, ancaq
tәcrübәlәnib, islanmaq istәmәyәnin, yağışa çıxmalı olmadığını
başa düşәndәn sonra, ara qarışanda, onları qoyub qaçırdım.
Qoy özlәri hәll elәsin.

Nә deyәsәn, ailә hәyatımız elә dә könülaçan deyildi,
ancaq seçim imkanı olmadığından, bәxtimә düşәnlә
barışmağa çalışırdım, – taleyimdәn küsmәmәk üçün başqa
yolum yoxdu. Atam tez tәsir altına düşdüyü vaxtlarda
mәni mәktәbә göndәrmişdi; deyirdi ki, yaşamaq üçün
mübarizә aparmaq çox çәtindi, hәyata hazır olmaq lazımdı
vә çәtinliyә qalib gәlmәk üçün yeganә silah – ağıl silahıdı.

21
   16   17   18   19   20   21   22   23   24   25   26