Page 17 - Sela
P. 17
Paskual Duartenin ailəsi

dә dәymәzdi – buludlu milad günlәrindәn tutmuş, Mәryәm
Ana bayramı1 bürkülәrinә qәdәr, imkan daxilindә, burda
daldalanmaq olurdu, әsas da bu idi. Qaranlıq, qaramat,
divarlarına leş qoxusu hopan at tövlәsi hamısından betәrdi,
belә qoxu may ayında, mal-qara cәmdәklәri quzğunlar
üçün yem olmağa başlayanda zibillikdәn gәlirdi.

Tәәccüblü mәsәlәdi, ancaq cavanlıqda bu qoxudan ayrı
düşәndә, dәrd mәni alırdı. Yadımdadı, әyalәtin paytaxtına
әsgәr toplanışına gedәndә, bütün günü ov tulası kimi
havanı imsilәyirdim. Karvansarayda yatmağa uzananda
şalvarımı iylәdim vә qan bәdәnimdә oynadı. Balıncımı bir
tәrәfә itәlәyib, şalvarımı iki qatlayaraq başımın altına
qoydum. Hәmin gecә ölü kimi yatdım.

At tövlәsindә yük daşımaq üçün arıq, sümüklәri çıxmış
eşşәk, işlәr pis getmәyәndә isә, açığını deyim ki, hәmişә
elә olmurdu, iki-üç dәnә dә, üzr istәyirәm, donuz saxlayırdıq.
Evin arxasında çox da böyük olmayan, amma bizim
tәsәrrüfata kifayәt elәyәn ağılımız, orda da su quyusu
varıydı; suyu içmәli olmadığına görә hәrdәn onun ağzını
tıxamaq lazım gәlirdi.

Ağılın o tәrәfindә, hәrdәn yarıya qәdәr quruyan vә heç
vaxt ağzına kimi dolmayan qaraçı köçü kimi çirkli, pis
qoxulu axarı olan gölmәçә varıydı; orda babat ilanbalığı
olurdu vә axşamlar bekarçılıqdan bәzәn bununla mәşğul
olurdum. Arvadım hәr necә olsa da, hazırcavabıydı, deyirdi,
ilanbalığı ona görә yağlıdı ki, don Xesusun yediyini yeyir,
ancaq bir gün sonra. Balıq tutmağa başım qarışanda, vaxt
elә hiss olunmadan keçirdi ki, şәlә-külәmi yığışdırmaq,
adәtәn, hava qaralanda yadıma düşürdü. Almendralexo
böyük tısbağa, torpaqdan aralanmağa qorxaraq qıvrılıb
yatan ilan kimi, uzaqda öz elektrik işıqlarını yandırırdı.
Onun sakinlәri heç unamırdı ki, mәn balıq tutub, indi

1 Məryəm Ana bayramı – xristian bayramı, Məryəmin vəfatı günü, 15 avqust

17
   12   13   14   15   16   17   18   19   20   21   22