Page 12 - Sela
P. 12
İLO XOSE SELA

bilirdim, – bu mәnim ölümümdü, Tanrı onu tez qismәt
elәsin; bu mәsәlә barәdә çox baş sındırmışam vә – ömrümün
qalan o miskin hissәsinә and içmәyә hazıram – harda
nöqtә qoyacağımı bilmәdiyim üçün huşumu itirәcәyimdәn
dәfәlәrlә qorxmuşam. Fikirlәşdim: yaxşısı budur, yazmağa
başlayım, sonunu isә Tanrının öhdәsinә buraxım – nә vaxt
әlimi saxlasa, onda da qurtarar. O cür dә etdim vә bu gün
cәfәng şeylәrlә yazıb doldurduğum kağızların mәni tәngә
gәtirdiyini hiss elәyib, yazmağı büsbütün atdım; indi
hәyatımı tәsәvvürünüzdә necә bitirәcәyinizi sizin ixtiyarınıza
buraxıram. Bu da sizә çәtinlik törәtmәyәcәk, çünki hәyatımın
sonuna az qaldığından, çәtin ki, bu dörd divar arasında,
başıma nәsә yeni bir hadisә gәlsin.

Sizә göndәrdiyim yazını qaydaya salmağa başlayanda,
hekayәni qurtarıb-qurtarmayacağımı vә әgәr vaxtı düzgün
hesablamasam, onu harda saxlayacağımı artıq kiminsә
bilmәsi vә bütün işlәrimin istәr-istәmәz әvvәlcәdәn mәlum
olan yolla gedәcәyini düşünmәyim mәni lap dәli elәyir.
İndi, başqa bir hәyatın astanasında dayananda özümü
toxtaq hiss elәyirәm. Allah günahımdan keçsin.

Ürәyimi boşaldandan sonra bir az rahatlandığımı hiss
elәyirәm, hәtta bәzәn vicdanım da mәnә az әzab verir.

İnanıram ki, sizә danışmadıqlarıma görә mәni
qınamayacaqsınız, çünki onları bilmәsәniz yaxşıdı. Yolumu
azdığım üçün indi peşmanam, ancaq heç kimdәn
bağışlanmağımı istәmirәm. Niyә? Bәlkә, mәnimlә nәzәrdә
tutduqlarını elәsәlәr yaxşıdı, yoxsa çox güman ki, yenә
köhnә әmәllәrimә başlayaram. Əfv dilәmәk istәmirәm:
hәyatda çox pisliklәr elәmişәm, vәrdişlәrimә müqavimәt
göstәrmәk üçün dә hәddindәn artıq zәifәm. Qoy göylәrdә
nә yazılıbsa, o da olsun.

Senyor don Xoakin, sizi narahat elәdiyimә görә bağlama
ilә birlikdә üzrxahlığımı da qәbul elәyin vә don Xesusun

12
   7   8   9   10   11   12   13   14   15   16   17