Page 22 - Sela
P. 22
İLO XOSE SELA
Bütün bunları birnәfәsә deyirdi, belә anlarda onun sәsinin
titrәmәsi mәndәn ötrü gözlәnilmәz olurdu. Sonra elә bil
peşman olub bәrkdәn gülmәyә başlayırdı, sakitlәşәndә,
mehribancasına deyirdi:
– Mәnә fikir vermә, bala. Qocalıram!
Nәsә düşünüb astadan tәkrar elәyirdi:
– Qocalıram! Qocalıram!
Mәktәbә getmәyim çox çәkmәdi. Dediyim kimi, atam
hirsli, hökmlü olsa da, başqa mәsәlәlәrdә zәif vә cәsarәtsiz
idi; ümumiyyәtlә, sezmişdim ki, boş şeylәrin üstündә inad
elәyir, vacib mәsәlәlәrdә isә – bilmirәm, cәsarәtsiz olduğuna,
ya nәyә görә, – nadir hallarda öz dediyinin üstündә
dururdu. Anam mәktәbә getmәyimi istәmirdi, sәbәb oldu,
ya olmadı, tәkrar-tәkrar deyirdi ki, kasıb yaşamaq üçün
oxumaq lazım deyil. Onun sözlәri münbit mәnbәyә düşürdü;
dәrsdә oturmaq heç mәnim dә ürәyimcә deyildi vә ikimiz –
zaman da bizә kömәk oldu – axırda atamı yola gәtirdik ki,
mәktәbi atmağıma razı olsun. Mәn yazıb-oxumağı
bacarırdım, toplama-çıxmanı bilirdim, belә baxanda, müstәqil
yaşamaq üçün tamamilә hazırıydım. Mәktәbi atanda on
iki yaşındaydım, ancaq irәli qaçmayaq – hәr işin qaydası
var vә biz nә qәdәr erkәn yuxudan oyansaq da, günәş bizә
görә tez çıxası deyil.
Bacım Rosario doğulanda balaca idim. O çağları aydın
xatırlamıram vә bu hadisәni nә dәrәcәdә doğru-düzgün
çatdıracağımı bilmirәm; yoxlayaq, ancaq düşünürәm ki,
danışdıqlarım dürüst olmasa da, hәr halda, xәyallara
әsaslanıb, necә gәldi uydurduğunuzdan hәqiqәtә daha
yaxın olacaq. Yadımdadı, Rosario doğulanda hava isti idi,
iyul, ya avqust olardı. Qurumuş çöllәrdә meh dә әsmir,
cırcıramaların sәsi alәmi başına götürüb; adamlar, mal-
qara gizlәnib; göydә günәş ağalıq elәyir, hәr şeyi işıqlandırır,
hәr şeyi yandırır... Anam hәmişә çәtin, ağrılı doğurdu; o,
22