Page 27 - Sela
P. 27
Paskual Duartenin ailəsi

ki, hara baxdığı bilinmәsә dә, yaraşıqlı oğlanıydı – kim
bilir, nә üstündәsә itirdiyi bir gözü şüşәydi, ona görә, hәtta
karıxdırmaq çәtin olan adamı da çaşdırırdı; hündür, kürәn,
qayışbaldır, özünü dә elә dartırdı ki, ona Ədabaz adını
qoyan hәr kimiydisә, düz onluğa vurmuşdu; çörәkpulunu
öz görkәmiylә qazanırdı, başqa bir mәşğuliyyәti yox idi –
әgәr qadınlar öz sәfehliklәri ucbatından onu dolandırırdısa,
niyә dә işlәmәliydi, ancaq, bәlkә, mәnә rast gәlmәdiyinә
görә belә şeyi pis hesab edirәm. Danışırlar ki, bir zamanlar
Əndәlüs meydanlarında öküz döyüşünә çıxırmış; bilmirәm,
buna inanım, ya yox, – mәnә elә gәlir, Ədabaz yalnız
qadınların içindә qoçaqdı, onlar, hәmçinin bacım bu adama
kor-koranә inandığından firavan yaşayırdı – qadınların
torero üçün sinov getdiyini siz axı yaxşı bilirsiniz. Bir dәfә
Pöhrәliyә (don Xesusun mülkü) kәklik ovuna gedәndә,
Almendralexodan beş yüz addım aralı, xәlvәt bir yerdә
onunla rastlaşdım; geyinib-kecinmişdi, – әynindә qәhvәyi
kostyum, başında uzun günlüklü kepka, әlindә çubuq.
Salamlaşdıq, bu bicbala görәndә ki, bacımı soruşmuram,
qurdalayıb mәndәn söz qoparmaq istәdi, ancaq özümü
bilmәzliyә qoydum, yәqin, narahatlığımı sezdi, әl verib
uzaqlaşmaq istәyәndә, qәfildәn söz atdı:

– Bәs Rosario necәdi?
– Sәn yaxşı bilәrsәn...
– Mәn?
– Bәsdi! Guya bilmirsәn!
– Mәn hardan bilim?
Bunu elә ciddi tәrzdә dedi, başqası elә bilәrdi, bu adam
ömründә yalan danışmayıb; Rosario barәdә onunla danışmaq
mәnim üçün çәtindi, yәqin, başa düşәrsiniz.
O, çubuğu kәklikotu koluna çırpırdı.
– Əgәr bilmәk istәyirsәnsә, sağ-salamatdı! Bunu bilmәk
istәyirdin, elәdi?

27
   22   23   24   25   26   27   28   29   30   31   32