Page 5 - Sela
P. 5
İspaniyanın
portretini çәkәn yazıçı

N obel mükafatı laureatı Kamilo Xose Sela XX әsr
ispan әdәbiyyatının klassiklәrindәn biridir. Onun
yaradıcılıq diapazonu, әdәbi repertuarı çox genişdir:
әdәbiyyatın bütün mümkün janrlarında (şeirlәr, hekayәlәr, romanlar,
yol-sәyahәt qeydlәri, tarixi oçerklәr) yazıb-yaradıb. Selanın
sürrealist poeziyası üçün simvolik şәrtiliklәr vә mәna mürәkkәbliyi
sәciyyәvidir. Böyük bir hissәsi erotik mәzmunlu olan “Gizli
lüğәt” dә onun qәlәminin mәhsuludur. Hәtta ispan әdәbi tәnqidindә
“ispanizm, erotizm, qeyri-әnәnәvi formalar” üçlüyünü özündә
ehtiva edәn “selaizm” termini dә yaranıb.
K.X.Selanın yaradıcılığının ilk dövründә yazı manerasını,
tәhkiyә üslubunu, adәtәn, tremendizm (ispanca tremendo – “dәh-
şәtli”) cәrәyanına şamil edirlәr. Bu cәrәyana mәnsub olan ya-
zıçıların dünyagörüşü ekzistensializm fәlsәfәsinin güclü tәsiri
altında formalaşmışdı. Ekzistensialistlәrә görә, insan varlığı son-
suz mәhrumiyyәtlәrdәn, mәnasız әzablardan ibarәtdir vә bir çıxış
yolu var ki, o da ölümdür. Dәrin tragik duyuma malik olan
tremendistlәr dә hәyatın absurdluğu ideyasını qәbul edirdilәr.
Tremendistlәr hәyatın qaranlıq, neqativ, acı tәrәflәrinin tәsvirinә
daha çox meyil edirlәr, onların әsәrlәrindә sәrtlik vә qrotesk ki-
mi әdәbi priyomlardan geniş istifadә olunur.
“Paskual Duartenin ailәsi” (“La familia de Pascual Duarte”,
1942) K.X.Selanın ilk romanıdır. Bu roman M.Servantesin “Don
Kixot”undan sonra ispan әdәbiyyatının başqa dillәrә әn çox tәr-
cümә olunan әsәrlәrindәn biridir. Roman kasıblıq, dağıntı, vәhşilik-
qәddarlıq, zorakılıq obrazları ilә o qәdәr doludur ki, oxucu istәr-
istәmәz “qara yuxu” effektini yaşamalı olur...
Roman Estermadura әyalәtinin sakini Paskual Duartenin
edamqabağı etiraflarıdır. O, hәbsxanada bütün başına gәlәnlәri,

5
   1   2   3   4   5   6   7   8   9   10