Page 36 - Sela
P. 36
İLO XOSE SELA
Balaca mәlәk!” O günü xatırlamağı xoşlamıram. İt oğlu,
özünü tülkülüyә qoymuşdu! Yaxşısı budur, başqa şeydәn
danışaq.
Doğrusu, mәlәklәrin nә görkәmdә olduğunu düz-әmәlli
bilmirәm, çünki bu haqda ciddi fikirlәşmәmişәm; bir vaxt
onları sarışın vә mavi, uzun çәhrayi әtәkdә tәsәvvür
elәyirdim; sonra isә mәnә elә gәldi, onlar bulud rәngdәdi
vә saman çöpündәn dә zәrifdilәr. Hәr necә olsa, mәlәklәri
heç vaxt qardaşım Marioya oxşatmamışdım, yәqin, elә
buna görә dә senyor Rafaelin sözlәrindә nәsә qәrәz
duyurdum – belә әclafdan özgә nә gözlәmәk olardı.
Marionun dәfni, atamın bir neçә il әvvәlki dәfni kimi
kasıbyana vә cansıxıcı keçdi; tabutun arxasınca vur-tut
yeddi-sәkkiz adam gedirdi: don Manuel, keşiş xidmәtçisi
Santyaqo, Lola, üc-dörd qarı vә mәn. Qabaqda әlindә xaç
fit çala-çala, daşlara tәpik vura-vura Santyaqo, onun
arxasınca tabut, tabutun arxasınca әbasının üstündәn,
dәllәkxanada müştәrilәrin boynuna doladıqları dәsmala
oxşayan ağ yaxalıq taxmış don Manuel, ardınca da indi
torpağa tapşırılacaq uşağı hamısı birlikdә doğubmuş kimi,
ağlaşan qarılar gedirdi.
Lola o vaxt, az qala, nişanlım idi – ona görә, az qala
deyirәm ki, istәklә baxışsaq da, sevgi haqqında danışmağa
cәsarәt elәmәmişdim, qorxurdum, mәnә gülә, intәhası,
hәvәsә gәtirmәk üçün özü arxamca düşürdü, hәr dәfә
utancaqlıq mәnә güc gәlirdi, hәr dәfә dә tәxirә sala-sala
mәsәlәni sonsuzluğa qәdәr uzatmışdım. Mәnim iyirmi
sәkkiz-otuz yaşım, onun isә – bacım Rosariodan kiçik idi –
iyirmi bir-iyirmi iki yaşı olardı; hündür boyu, әsmәr, qara
gözlәri adamın bağrını dәlirdi; tökmәbәdәnliydi, sağlamlığa
gәlincә – buz baltasıydı, baxansa deyәrdi, bir qarın doğmuş
olar. İntәhası, hәqiqәtdәn kәnara çıxmamaq vә sonrakı
söhbәtimizi davam etdirmәk üçün, yadımdan çıxmamış
36