Page 39 - Sela
P. 39
Paskual Duartenin ailəsi

başımı qatdığından, әlimә qәlәm almağa vaxtım olmayıb.
Hәlә qalın olmayan kağız qalağını indi oxudum, başım
qarma-qarışıqlıq fikirlәrlә o qәdәr doludu, bilmirәm, nә
qәrara gәlim. Burda yazılanlarda, gördüyünüz kimi, pis
şey çoxdu vә qorxuram, qalanlarını yazmağa gücüm çatmaya –
onlar daha betәrdi; yaddaşımı qurdalayanda dәhşәtә gәlirәm,
әfsuslar ki, ömrü geri qaytarmaq, yazı lövhәsi kimi silmәk
mümkün deyil, dәrk elәmәk dә ağır vә kәdәrlidi: әgәr
yaddaşımı illәr әvvәl gücә salsaydım, indi tәkadamlıq
kamerada oturub cızma-qara elәmәzdim, ağılda özümü
günә verәrdim, göldә ilanbalığı tutardım, dağ döşündә
dovşan qovardım. Ya da çoxlarının heç nә düşünmәdәn
elәdiklәrini elәyәrdim: öz kefimә azadlıqda gәzәrdim,
tәlәsmәdәn yaşaya bilәcәyindәn xәbәrsiz olan çoxları kimi
asudә yaşayardım, kim bilir, irәlidә hәlә nә qәdәr ömrüm
varıydı...

Mәni dәyişdirdiklәri yer әvvәlkindәn yaxşıydı; kiçik
pәncәrәdәn otaq kimi sәliqәli bağ görünür, bağdan o yanda
isә dağlara qәdәr dәri rәngindә düzәnlik uzanır vә o
düzәnliklә hәrdәn Portuqaliyaya qatır karvanı hәrәkәt
elәyir, qadın vә uşaqlar eşşәklә quyudan su daşıyırlar.

Pәncәrәdәn kameraya dolan havayla nәfәs alıram – axı
bu heç nәyi dәyişmir – hәmin o havayla sabah, ya haçansa
yoldan keçәn çarvadar nәfәs alacaq... Mәn әbәs yerә
günәbaxanların üstündә uçuşan, kameraya girib dövrә
vuraraq uçub gedәn rәngbәrәng kәpәnәklәri görürәm, –
axı bu heç nәyi dәyişmir – hәlә, bәlkә, hәbsxana rәisinin
yastığına da qonacaq... Yemәyimin artığını daşıyan siçanı
kepkamla tuturam, baxıb sonra buraxıram – axı bu heç
nәyi dәyişmir – vә onun sakitcә öz yuvasına sivişib girdiyini
görürәm. Yuvasından çıxır ki, kimlәrinsә payını yesin; o
adamların ki, kamerada çox az müddәt, hәm dә tamamilә
tәk yaşayır, çox vaxt da burdan birbaşa cәhәnnәmә gedir.

39
   34   35   36   37   38   39   40   41   42   43   44