Page 43 - Sela
P. 43
Paskual Duartenin ailəsi

– Hә.
Lola danışanda elә bil köks ötürürdü.
– Kişinin necә hәrәkәt elәdiyini anana göstәrәcәyәm.
– O bilir...
– Yox, bilmir!
Mәn getmәyә hazırlaşanda, hava artıq qaralmışdı.
– Ananı çağır.
– Anamı?
– Hә.
– Niyә?
– Ona deyәcәyәm.
– O bilir.
– Qoy bilsin... Özüm ona demәk istәyirәm!
Lola durub – necә dә hündür idi! – çıxdı. Onun yerişinә
baxmaq mәnә lәzzәt elәyirdi.
Az sonra anası gәldi.
– Nә istәyirsәn?
– Özünüz bilirsiniz.
– Görürsәn, başına nә gәtirdin?
– Yaxşı elәmişәm.
– Yaxşı elәmisәn?
– Hә, yaxşı elәmişәm! Mәgәr hәddi-buluğa çatmayıb?
Anası susdu; onun bu qәdәr üzüyola olacağını
fikirlәşmirdim.
– Sizinlә danışmaq istәyirdim.
– Nә barәdә?
– Qızınız barәdә. Onunla evlәnmәk istәyirәm.
– İstәmәk azdı. Qәti qәrara gәlmisәn?
– Hә, gәlmişәm.
– Bәs yaxşı-yaxşı düşünmüsәn?
– Çox yaxşı düşünmüşәm.
– Belә az vaxtda?
– Kifayәt qәdәr vaxt olub.

43
   38   39   40   41   42   43   44   45   46   47   48