Page 42 - Sela
P. 42
İLO XOSE SELA
Qan beynimә vurdu, qulaqlarım köz kimi qızardı;
gözlәrim sabunlu su dolubmuş kimi acışdı...
Ən azı on dәqiqә heç kim dinib-danışmadı. Ürәyim
saat kimi gicgahlarımda vururdu, ancaq bunu dәrhal hiss
elәmәdim. Lola nәfәs aldıqca elә bil fleyta üfürürdü.
– Hamilәsәn?
– Hә.
Ağladı. Ona tәsәlli vermәk ağlıma da gәlmirdi.
– Sәfehlәmә. Kimsә ölür, kimsә doğulur...
Bәlkә, hәmin axşam keçirdiyim xoş duyğulara görә,
Tanrı mәni cәhәnnәm әzabından xilas elәyә.
– Burda qeyri-adi nә var ki? Anan da sәni doğana qәdәr
hamilә gәzib... mәnim anam da...
Nәsә demәk üçün dәridәn-qabıqdan çıxırdım. Hәlә
әvvәl dә Lolada dәyişiklik hiss elәmişdim – kimsә ona dil
verirdi.
– Hәmişә belә olur, mәlum şeydi. Narahat olmağa
dәymәz.
Lolanın qarnına baxırdım, ancaq heç nә sezmirdim.
Solğun sifәti, dağınıq saçlarıyla o son dәrәcә gözәl idi.
Yaxına oturub yanağından öpdüm. O, meyit kimi
soyuqdu, öpәndә zorla gülümsәyirdi, lap qәdim әyyamların
әzabkeşinә oxşayırdı.
– Sevinirsәn?
– Hә! Çox sevinirәm!
– Mәni o qәdәr sevirsәn?
– Hә, Lola, o qәdәr...
Bu doğru idi, hәqiqәtәn, onu sevirdim – gәnc, bәtnindә
mәnim oğlum; hәmin vaxtlar uşağıma tәhsil verib, adam
arasına çıxarmağı arzulayırdım.
– Lola, biz evlәnәcәyik, qoy kağızları düzәldәk. Belә qoy-
maq olmaz...
42