Page 41 - Sela
P. 41
Paskual Duartenin ailəsi

7
Əlbәttә, Lola ilә münasibәtimizin necә inkişaf etdiyini
başa düşürsünüz vә bir müddәtdәn sonra, – qardaşımın
ölümündәn heç beş ay keçmәmişdi – әslindә, tәәccüblәnmәli
olmadığım bir xәbәrә (görürsünüz, belә dә olur)
tәәccüblәndim.
Bu әhvalat noyabrda, müqәddәs Karlo günündә baş
verdi. Lolagilә gәlmişdim, son aylar hәr gün gәlirdim;
anası, hәmişәki kimi, dәrhal durub çıxdı. Lolanın rәngi
ağarmışdı, hәm dә nәsә qәribәydi, bunu sonra başa düşdüm;
görünür, bir az әvvәl ağlamışdı, hansısa bir narahatlıq ona
әzab verirdi. Aramızda heç vaxt qızğın söhbәt olmamışdı,
ancaq o gün sisәy addım sәsindәn, kәklik yolçunun
nәğmәsindәn hürkdüyü kimi, öz sәsimizdәn qorxurdum;
hәr dәfә danışmağa cәhd elәyәndә, sözlәr boğazımda ilişib
qalırdı.
– İstәmirsәnsә, danışma.
– İstәyirәm!
– Onda danış. Sәnә mane oluram?
– Paskual!
– Hә.
– Bilirsәn, nәdi?
– Nәdi?
– Hiss elәmirsәn?
– Yox.
Mәnә bu qәdәr gec çatdığına indi dә gülmәyim gәlir.
– Paskual!
– Hә!
– Mәn hamilәyәm!
Əvvәl başa düşmәdim. Bu xәbәri gözlәmәdiyimdәn
quruyub qalmışdım; bu qәdәr tәbii olan bir şeyin, hәqiqәtәn
baş verәcәyi heç vaxt ağlıma gәlmәmişdi. O vaxt nә
düşündüyümü bilmirәm.

41
   36   37   38   39   40   41   42   43   44   45   46