Page 48 - Sela
P. 48
İLO XOSE SELA
xatırlayanda, özümün dә inanmağım gәlmir. Görünür,
bütün yeni evlәnәnlәrә uşaqlığa xas sadәlövhlüklәr qәfildәn
qayıdır.
Löhrәm yerişlә Roma körpüsündәn şәhәrә girәndә,
bәxtimiz gәtirmәdi – madyan, kim bilir, çaydan qorxdu-
nәdi, elә tәpik atdı ki, qarşımıza çıxan bir qarı, az qaldı,
dombalaq aşıb Quadianaya yıxılsın. Tez onun kömәyinә
tәlәsdim: alicәnab adama aradan çıxmaq yaraşmaz, intәhası,
mәnim tәәssüratıma görә, qarı canını yaxşı qurtarmışdı;
ona bir real verdim ki, heç kimә şikayәtlәnmәsin, әlimi
kürәyinә çәkib, geri, Lolanın yanına qayıtdım. Lola gülürdü
vә inanın, onun gülüşü mәnә pis tәsir elәdi; bilmirәm,
bәlkә dә, sonralar onun başına gәlәcәk şeylәri duymuşdum.
Yaxın adamın bәdbәxtliyinә gülmәk olmaz – bunu sizә
ömrü boyu bәdbәxt olan adam deyir; kimәsә әl qaldıranı
Tanrı daşsız, ağacsız döyür... Bir yana qalanda, insansevәrli-
yin, onsuz da, heç kimә ziyanı yoxdu.
Mirloda karvansaraya düşdük, girişdәn sağda böyük
otaqdı vә ilk iki günü sevişmәklә keçirib, başımızı çölә
çıxarmadıq. Otaq genişdi, möhkәm şabalıd tirlәrin saxladığı
tavan hündür, tava daşları düzülmüş döşәmә tәmizdi,
çoxlu rahat mebel vardı. Bu yataq otağı, sadiq dost kimi,
ömür boyu yadımdan çıxmadı; baş tәrәfdә ceviz ağacından
oyma naxışları, içinә tәmiz yun doldurulmuş dörd döşәyi
olan çarpayı, gördüyüm bütün çarpayıların әn möhtәşәmi
idi... Onun üstündә kral kimi necә şirin-şirin yatırdım!
Otaqda hündür, dәstәklәri qızıl suyuna salınmış, dörd
dәrin siyirmәsi olan, arvad kimi qarınlı kamod, tavana
dәyәn enli şüşәli skaf vә elә hәmin ağacdan iki qәşәng
şamdan var idi – yaxşı işıqlandırmaq üçün hәr tәrәfә biri
qoyulmuşdu. Bu otaqda, adәtәn, hamısından pis olan
әlüzyuyan da gözәl idi: ayaqları әymә bambuqdan vә
yanlarına quş rәsmlәri çәkilәn ağ saxsı tas onu cazibәdar
48