Page 49 - Sela
P. 49
Paskual Duartenin ailəsi
göstәrirdi. Çarpayının üst tәrәfindәn – divardan pasxaya
bir hәftә qalmış İsanın başına gәlәnlәrin tәsvir olunduğu
dördrәngli böyük litoqrafiya, qırmızı, sarı lentli, qotazlı vә
üstündә Sevilyanın rәngbәrәng zәng qüllәlәri çәkilmiş dәf;
yan tәrәflәrindә iki cüt kastanyet, hәmçinin yüksәk
qiymәtlәndirdiyim “Roma sirki” rәsmi asılmışdı. Kamodun
üstündә, yer kürәsi formasında kiçik siferblatı çılpaq kişinin
çiynindә dayanan saat vә mavi naxışı bir az solsa da, ona
gözәllik verәn, parıltısını saxlamış iki Talaver vazası da var
idi. Vur-tut altı stulun ikisi qoltuqlu, hündür söykәnәcәkli,
möhkәm ayaqlıydı, al-qırmızı döşәkcә elә rahatdı, evә
qayıdanda onları yada salıb heyifsilәnirdim, – indi burda
oturub necә heyifsilәndiyimdәn heç danışmağa dәymәz.
İllәr keçmәsinә baxmayaraq, hәlә dә onları xatırlayıram!
Arvadımla vaxtımızı ixtiyarımızda olan rahatlıqdan
lәzzәt alaraq keçirirdik, dediyim kimi, heç küçәyә dә
çıxmırdıq. Əgәr şәhәrin başqa yerindә tapa bilmәyәcәyimiz
hәr şey burda vardısa, küçәdә nә işimiz?
Ancaq mәnә inanın, bәxtin gәtirmәmәsi pis şeydi:
hәddәn artıq dolğun olduğuna görә, bu iki günün xoşbәxtliyi
mәni tәәccüblәndirmәyә başlamışdı.
Üçüncü gün, әlbәttә ki, atla vurduğum qarının
qohumlarının tәhrikiylә polis qәfildәn tökülüşüb qapını
kәsdirdi. Polisin gәldiyini eşidәn bir dәstә uşaq dәrhal
qapının ağzına yığıldı, onların sәs-küyü düz bir ay
qulağımdan getmәdi. Mәhbus qoxusu uşaqlarda nәsә bir
qәddarlıq oyadır: onlar bizә gözlәri qayır-qayır yanan, pis-
pis gülümsәyәn әcaib mәxluq kimi baxırlar, sallaqxanada
kәsilәn qoyuna, – mәsti qoyunun isti qanında isladırlar, –
ya arabanın altında qalan itә, – sağ olub-olmadığını bilmәk
üçün ağacla qurdalayırlar, – ya suvat novdanında boğulan
yenicә doğulan pişik balalarına belә baxırlar, onları daşlayır,
hәrdәn dә oynatmaq üçün çıxarır, ömrünü artırıb, әzabını
49