Page 57 - Sela
P. 57
Paskual Duartenin ailəsi
hamımız ehtiyatlı tәrpәnirdik, hәr dәqiqә qalmaqal
olacağından qorxurduq. Gәrginlikdәn üzülürdük, ancaq
özümüz sanki onu qәsdәn artırırdıq; hәr şeydә eyham,
hiylә, biclik görürdük. Bu ayların necә ağır keçdiyini
tәsәvvür elәyә bilmәzsiniz!
Arvadımın yenә uşağı salacağı fikri mәni dәli elәyirdi;
dostlarım özümdә-sözümdә olmadığımı sezirdilәr, Qığılcım
isә – o vaxt hәlә sağ idi – mәnә elә dә mehribançılıq
göstәrmirdi.
Mәn hәmişәki kimi onunla danışırdım:
– Sәnә nә olub, hә?
Gözlәrindәn yalvarış oxunurdu, tez-tez quyruğunu
bulayırdı, zingildәyirdi; gözlәri ürәyimi parçalayırdı. Onun
da balaları bәtnindә boğulmuşdu. Buna necә kәdәrlәndiyim-
dәn xәbәri yoxdu. Ölü doğulan küçüklәr üç dәnә idi, –
hamısı bir-birinә oxşayırdı, şirә kimi yapışqan, siçovul
kimi dәmrovlu. Lavanda kolunun altında çala qazıb onları
basdırdım. Tәpәyә dovşan ovuna çıxıb, dincәlmәk üçün
dayananda, qaçıb balalarının qәbrini iylәyirdi.
Sәkkiz aylığında, işlәr artıq öz yoluyla gedib, senyora
Enqrasiyanın mәslәhәti sayәsindә arvadımın hamilәliyi öz
uğurlu sonluğuna yaxınlaşanda, vaxt azalanda, tәhlükә
sovuşanda, hәyәcanım, narahatlığım elә hәddә çatdı ki,
çәtin vәziyyәtdәn ağlımı itirmәdәn çıxaraq, daha heç nәdәn
dәli olmayacağıma inandım.
Lola saat kimi işlәyirdi: senyora Enqrasiyanın dediyi
müddәtdә – hәr şey o qәdәr sadә oldu, hәtta tәәccüblәndim, –
ikinci oğlum, daha doğrusu, xaç suyuna salanda atasının,
sadiq bәndәnizin şәrәfinә adını Paskual qoyduğumuz
birinci oğlum dünyaya gәldi. Müqәddәs Eduardo günündә
anadan olduğu üçün, adını Eduardo qoymaq istәyirdim,
biz tәrәflәrdә adәt belәdi, ancaq o zaman çox mehribanlıq
göstәrәn arvadım tәkid elәdi ki, uşağa mәnim adımı qoyaq
57