Page 58 - Sela
P. 58
İLO XOSE SELA

vә hissә qapıldığımdan saqqızımı oğurladı. İndi özümün
dә inanmağım gәlmir, ancaq arvadımın mehribanlığı mәni,
bığ yeri tәrlәyәn oğlan kimi, yanıltdı, and içirәm, o vaxt bu
nәvazişә görә ona ürәkdәn minnәtdar idim.

Anadangәlmә möhkәm vә güclü olan Lola iki günün
içindә elә qaydaya düşdü ki, sanki heç doğmamışdı.
Hәyatda çox az şey mәni bu lövhә qәdәr sarsıdıb – Lola
saçları dağınıq halda körpәni әmizdirir; bütün acılarımı
unutmağa bircә bu bәs elәyirdi.

Saatlarla çarpayının yanında, döşәmәdә otururdum.
Lola utanırmış kimi astadan mәnә deyirdi:

– Sәnin üçün artıq bir uşaq doğmuşam...
– Hә.
– Gözәl birini...
– Şükürlәr olsun.
– İndi onu qorumaq lazımdı.
– Hә, indi ancaq qorumalıyıq.
– Donuzlardan qorumalıyıq...
Zavallı qardaşım Marionun xatirәsi mәnә rahatlıq
vermirdi; әgәr oğlumun başına elә bәdbәxtlik gәlsәydi,
әzabdan qurtarmaq üçün onu öz әllәrimlә boğardım.
– Hә, donuzlardan...
– Hәm dә qızdırmadan.
– Hә.
– Gün vurmadan da...
Bu bir әlcә tifili – oğlumu – bu cür tәhlükәlәr gözlәdiyini
fikirlәşәndә tüklәrim biz-biz oldu.
– Onu çiçәyә qarşı peyvәnd elәyәrik.
– Qoy bir az böyüsün...
– Hәmişә ayaqqabı geyindirәrik ki, ayağını yaralamasın.
– Yeddi yaşı olanda isә mәktәbә yollayarıq...
– Mәn dә ona ovçuluğu öyrәdәrәm...
Lola güldü – o, xoşbәxt idi! Nә gizlәdim, Mәryәm ana

58
   53   54   55   56   57   58   59   60   61   62   63