Page 60 - Sela
P. 60
İLO XOSE SELA
– Çox.
– Çalışaq, soyuqlamasın.
– Hә... Bu onu öldürәrdi!
– Körpә uşaqlar soyuqdәymәdәn ölür...
– Bir az qapı-pәncәrәni açıq qoysan...
Ölәn quşlar, solan çiçәklәr kimi, söhbәt dә yavaş-yavaş
sönüb gedirdi, yelçәkәndә soyuqlayan körpәlәr dә o cür
müticәsinә, yavaş-yavaş ölür...
– Qorxuram, Paskual.
– Nәdәn?
– Birdәn ölәr?
– Nә danışırsan!
– Uşaqlar bu yaşda çox zәif olur!
– Körpәmiz möhkәmdi, bәdәni çәhrayıdı, hәmişә gülür.
– Elәdi, Paskual. Mәn axmağam!
Körpәsini sinәsinә sıxıb әsәbi halda gülürdü.
– Qulaq as.
– Nәdi?
– Karmenin uşağı nәdәn öldü?
– Nәyinә lazımdı?
– Necә yәni? Bilmәk istәyirәm...
– Deyirlәr, burnu axırmış.
– Qapı-pәncәrәni açıq qoyublar?
– Deyәsәn.
– Yazıq Karmen, oğluna görә necә sevinirdi! Sifәtdәn
atasının özüdü, deyirdi, yadındadı?
– Yadımdadı.
– Nә qәdәr çox istәsәn, itki bir o qәdәr acı olur...
– Elәdi.
– Adam hәr uşağın alın yazısını, nә qәdәr yaşayacağını
әvvәlcәdәn bilsәydi...
– Sus.
– Niyә?
– Sәnә qulaq asa bilmirәm!
60