Page 64 - Sela
P. 64
İLO XOSE SELA

– Hә.
– Bundan bir az gec olardı...
– Hә.
– Zalım külәk hәlә çöllәrdә uçurdu...
– ...
– Zeytunluqda dolaşırdı...
– Hә.
Sükut zәng sәsi kimi yenә otağı doldurdu.
– O külәk indi harda uçur?
– ...
– O zalım külәk!
Lola lәng cavab verdi:
– Bilmirәm...
– Yәqin, dәnizә uçub!
– Körpәlәri öldürüb...
Heç yaralı şir dә dişlәrini arvadım kimi qıcamazdı.
– Doğub nar kimi çatlayırsan! Xeyri nәdi? Doğduğunu
külәk aparsın? O bunun cәzasını çәkәcәk!
– Kaş bataqlığa damcı-damcı yığılan su o külәyi batıra
bilәydi!

12
– Sәni beş barmağım kimi tanıyıram!
– ...
– Sәnin bәdәnin yağışlı havadan qorxur!
– ...
– Yay günәşindәn dә!
– ...
– Dekabr sazağından da!
– ...
– Çaxmaq daşı kimi bәrk döşlәrimi onun üçün
bәslәmişdim!

64
   59   60   61   62   63   64   65   66   67   68   69