Page 68 - Sela
P. 68
İLO XOSE SELA

oyanmayıb. Onun bәdәni adyalın altında olduğundan
böyük görünür. Ehmalca әyilirsәn, çәkinә-çәkinә әlini ona
toxundurursan. O yatır, bәrk yatır; heç nәdәn xәbәr
tutmayacaq...

Ancaq belә öldürmәk olmaz, belә öldürmәk alçaqlıqdı.
Fikirlәşirsәn, bәlkә, geri dönәsәn... Yox, mümkün deyil.
Hәr şey çoxdan hәll olunub; bircә an çәkәcәk vә sonra...

Geri qayıtmaq olmaz. Sәhәr açılacaq, gün işığında sәni
yerә mıxlayacaq baxışlarına dözә bilmәyәcәksәn.

Kәnddәn çıxıb sәni heç kimin tanımadığı, nifrәtinin
tәzәdәn alovlanmayacağı yerә qaçmalı olacaqsan. Nifrәt
illәr әrzindә yaranır, sәnsә artıq uşaq deyilsәn vә nifrәtin
çoxalıb nәfәsini tutanda hәyat sәni tәrk edәcәk. Ürәyin
kәdәrә daha tab gәtirmәyәcәk, әllәrin gücsüz halda yanına
düşәcәk...

13
Ən azı bir ay yazmadım. Döşәyin üstündә uzanıb, boş-
boşuna vaxtımı keçirirdim, vaxtsa hәrdәn yel kimi uçur,
hәrdәn dә sürünürdü, – onda xәyala dalırdım, azadlığı
olmayan adam üçün bu, yeganә mәşğuliyyәtdi; tavanın
qopub tökülәn yerlәrinә baxıb, onları nәlәrәsә oxşadırdım
vә bu uzun ay әrzindә çәkdiyim dәrd-qәmә, iztirablara
baxmayaraq, әvvәlki illәrlә müqayisәdә hәyatdan daha
artıq zövq alırdım.
Günaha batmış qәlbin dinclik tapması, cadar-cadar
olmuş torpağa yağış yağması kimidi; quruyan torpaq
münbitlәşir, bәhrә verir. Ona görә belә deyirәm ki, çox,
lazım olduğundan da çox illәr әrzindә dincliyin – göylәrin
xeyir-duası olduğunu, qorxu içindә yaşayan biz zavallıların
bel bağladığı әn qiymәtli xeyir-dua olduğunu anlamamışdım.
İndi sevgiylә dinclik içimi nurla dolduranda, onlardan elә

68
   63   64   65   66   67   68   69   70   71   72   73