Page 73 - Sela
P. 73
Paskual Duartenin ailəsi

14
Yır-yığışa vaxt sәrf elәmәdim: elә işlәr var ki, gözlәmir,
qaçmaq da onlardan biridi. Pulu mücrüdәn pul kisәsinә,
azuqәni dağarcığıma, pis fikirlәrisә quyunun dibinә ataraq,
gecәnin qaranlığında oğru kimi baş götürüb yola çıxdım
vә hara gәldi getdim. Bu minvalla, dan yeri sökülәndә,
yorğunluqdan ayaqlarım sızıldayanda, üç liqә yaxın yol
qәt elәmişdim. Lәngimәk istәmirdim – bu yerlәrdә mәni
tanıya bilәrdilәr, ona görә yol kәnarındakı zeytunluqda
gözümün çimirini aldım, kәmәrimin altını bәrkidib, rast
düşәcәk qatara minmәk üçün yoluma davam elәdim.
Rastlaşdığım adamlar mәnә tәәccüblә baxırdılar – görünür,
sәyyaha oxşayırdım, yolüstü kәndlәrin uşaqları isә, dәlinin,
qaraçının dalınca qaçırlarmış kimi, maraq xatirinә dalımca
düşürdülәr. Könlümә toxunmayan bu narahat baxışlarda,
onların nadincliyindә hәm dә şәfqәt hiss olunurdu vә әgәr
o vaxt qadınlardan taundan betәr qorxmasaydım, üstümdә
olan xırda-xuruşdan onlara hәdiyyә verәrdim.
Özümü qatara Don-Benitoda çatdırdım, paytaxtda
lәngimәmәk üçün Madridә bilet aldım; ordan hansısa
limana gedib, Amerikaya üzmәk istәyirdim. Sәfәrim xoş
keçdi – mindiyim vaqon babat idi, kiminsә görünmәz әliylә
dartılan mәlәfәnin üstündәymiş kimi yırğalanan çöllәr isә
mәndәn ötrü tәzә şeydi. Bütün sәrnişinlәr düşüb, Madridә
çatdığımızı anlayıb qatardan düşәndә, paytaxt mәnә hәlә
o qәdәr uzaq gәlirdi ki, ürәyim uçundu – nәsә sәn
gözlәdiyindәn tez başa çatanda hәmişә belә duyğu keçirirsәn.
Madriddәki oğurluqlar barәdә çox eşitmişdim, bizsә
gecә çatmışdıq, oğrular vә fırıldaqçılar üçün mәni soymaq
çox asandı, ona görә mәnzil tapmağı sәhәrә saxlayıb, gecәni
skamyada mürgülәmәk qәrarına gәldim; vağzalda skamya
çox idi. Belә dә etdim – girişdәki basırıqdan aralıda bir
skamya seçib, yerimi rahatladım, özümü Tanrıya tapşırıb

73
   68   69   70   71   72   73   74   75   76   77   78