Page 75 - Sela
P. 75
Paskual Duartenin ailəsi

oturub, ayaqlarımızı az qala kömürәcәn uzadaraq, sәhәr
açılana kimi kart oynayırdıq. Belә hәyat mәnim ürәyimcәdi
vә әgәr kәndә qayıtmaq fikrim qәti olmasaydı, Madriddә
pulumu son qәpiyinә qәdәr xәrclәyәrdim.

Çardaqdakı otaq göyәrçin yuvasına oxşayırdı; ancaq
pәncәrәsi açılmırdı, kürә isә gecә-gündüz yandığından,
stolun әtrafında oturmaq elә dә pis deyildi. Mәnә ayrılan
otaqda döşәyimin tuşunda tavan aşağıydı, buna öyrәşәnә
qәdәr başım hәmişә unutduğum tirә dәyirdi. Amma tәdricәn
öyrәşdim, artıq yataq otağındakı girinti-çıxıntıları әzbәr
bilirdim, yerimi lap gözüyumulu da tapardım. Hәr şey
vәrdişdәn asılıdı.

Estevesin cavan arvadı Konsepsiyon Kastilyo Lopes
ötkәm, mәlahәtli, işvәkar qadındı, deyilәnә görә, madridlilә-
rin hamısı bu cürdü; bu balaca qadın mәndәn çәkinib
elәmirdi, nә barәdә desәn danışırdı, ancaq ona bir xeyli
yaxınlaşanda, mәlum oldu ki, onunla dil tapmaq mümkün
deyil vә nәsә ummağa dәymәz. O öz әrini sevirdi vә ondan
ötrü dünyada әrindәn yaxşı kişi yox idi, amma heyif, bizim
tәrәflәrin qadınlarından çox fәrqlәnsә dә, olduqca qәşәng,
ürәyәyatan qadındı. Mәnә heç bir bәhanә vermirdi, özüm
dә necәsә çәkindiyimdәn, tәdricәn mәndәn uzaqlaşdı,
axırda o qәdәr әlçatmaz oldu ki, haqqında düşünmәyi belә
yadırğadım. Əri onu sultan kimi qısqanırdı vә deyәsәn,
arvadına elә dә etibar elәmirdi, çünki onu pillәkәnә çıxmağa
da qoymurdu; yadımdadı, bir bazar günü hardan ağlına
yerlәşdisә, mәni dә özlәriylә birgә Xәlvәt bağda gәzmәyә
dәvәt elәdi. Gәzdiyimiz müddәtdә arvadını dinc qoymadı –
ona baxma, buna baxma; o isә әrinin tәnәlәrini mәmnunluqla,
hәtta tәbәssümlә qarşılayırdı, bu da mәni lap çaşdırırdı,
çünki belә şey mәnim üçün gözlәnilmәz idi. Bağdakı balaca
gölün әtrafında gәzişәndә Esteves qarşıdan gәlәn bir kişiylә
ağızlaşdı, özü dә elә tez-tez danışırdılar, elә ifadәlәr

75
   70   71   72   73   74   75   76   77   78   79   80