Page 88 - Sela
P. 88
İLO XOSE SELA

17
Üç il hәbsdә qaldım, ağrı kimi uzun çәkәn üç il. Heç
vaxt sona çatmayacağını fikirlәşsәm dә, sonralar onu yuxu
kimi xatırladım. Üç il hәr gün dustaqxananın çәkmәçi
emalatxanasında işlәdim, gәzinti vaxtı hәyәtdә özümü
günә verdim, saatların necә sürünüb keçdiyini üzüntüylә
seyr elәdim. Hәbs müddәti qurtarana qәdәr saatları
saymağım, bәdbәxtlikdәn, özümü yaxşı aparmağıma görә
yarımçıq qaldı.
Özümü pis aparmaq istәmәyәndә belә, qaragün bәxtim,
sizә artıq dediyim kimi, sanki mәni tәqib elәmәyi xoşlayırdı,
hәr şeyi elә düzüb qoşurdu ki, elәdiyim xeyirxahlıq da
könlümә rahatlıq gәtirmirdi. Bunu düşünmәk ağırdı, ancaq
rahatlıq gәtitmәmәyi bir yana, üstәlik, o mәni daha pis
әmәllәrә sövq elәyirdi. Əgәr özümü pis aparsaydım, mәnә
kәsdiklәri iyimi sәkkiz ili Çinçilada qalardım, bütün
mәhbuslar kimi çәkmә tikәrdim, qüssәdәn dәli olardım,
hәr şeydәn ümidimi kәsәrdim, Tanrının iştәklәrini
yamanlayardım vә sonda dünyaya nifrәt elәyәrdim, intәhası,
elәdiyimin günahını yuyaraq vә yeni qanlı cinayәtlәrdә
tәqsirim olmadan orda oturardım, qoy lap qәfәsdә, qıfıl
altında olum, di gәl, özündәn әvvәl doğulmuş günahından
savayı günahı olmayan körpә kimi cәlladdan qorxmazdım.
Əgәr özümü bütün dustaqlar kimi az-çox babat aparsaydım,
iyirmi sәkkiz ilim on dörd, ya on altı ilә çevrilәrdi; o vaxta
qәdәr anam öz әcәlilә ölәrdi, bacım Rosario isә artıq cavan
olmazdı, demәk gözәl olmazdı, gözәl olmayanda da xatasız
olardı, mәn – sizdәn vә bütün cәmiyyәtdәn şәfqәt görmәmiş
yazıq, bәxtsiz adam isә, dustaqxanadan quzu kimi fağır,
adyal kimi yumşaq çıxacaqdım vә güman ki, yeni rәzilliklәrin
dә daha qorxusu olmazdı. Nә bilәsәn, bәlkә, hardasa indi
rahatca yaşayırdım, dolanışığımı çıxarırdım, keçmişi
unutmağa çalışıb, yalnız gәlәcәk barәdә düşünürdim; nә

88
   83   84   85   86   87   88   89   90   91   92   93