Page 89 - Sela
P. 89
Paskual Duartenin ailəsi

bilәsәn, bәlkә, bunları elәmәyi bacaracaqdım... Ancaq
özümü çox yaxşı aparırdım, ürәyim partlasa da gülümsә-
yirdim, dәridәn-qabıqdan çıxıb әmrlәri yerinә yetirirdim;
mәn әdalәt mәhkәmәsini mütәәssir etdim, müdiriyyәtin
rәğbәtini qazandım... vә mәni buraxdılar, qapıları üzümә
açdılar vә müdafiәsiz vәziyyәtdә şәrin qucağına atdılar.
Mәnә dedilәr:

– Sәn cәzanı çәkdin, Paskual, mübarizәyә, hәyata qayıt,
sәbirli ol, hamıyla qayna-qarış...

Mәrhәmәt göstәrdiklәrini düşünüb, mәni birdәfәlik
mәhv elәdilәr.

İndiki vә sonrakı iki fәsli ilk dәfә yazanda bu fikirlәr
ağlıma gәlmәmişdi, ancaq inansanız da, inanmasanız da
hәmin o iki fәsili oğurladıqlarını demәyә mәcburam (hәlә
dә bilmirәm niyә); o sәbәbdәn, hәm mәni incidәn, heç cür
bәraәt qazandırılmayacaq belә alçaqlığa görә, hәm dә
oğurluğun tәkrar olunacağı qorxusu yaddaşımı gücә
salmağa, fikirlәrimi süzgәcdәn keçirmәyә mәcbur elәyir
vә peşmançılıq çәkmәmәk üçün, – günahlarım böyük
olmasa da, iradәmin zәifliyi ucbatından çәkdiyim peşmançı-
lıqlar bәsimdi, – çox düşünәndәn sonra onları qәlәmimdәn
çıxdığı kimi saxlayıram, siz dә yazılanlar barәdә ürәyiniz
istәdiyitәk mühakimә yürüdә bilәrsiniz.

Azadlığa çıxanda çöllәri düstaqxanada tәsәvvür
elәdiyimdәn kәdәrli gördüm. Xәyalımda gül-çiçәklә örtülәn
yamyaşıl çöllәri, әlindә çaxır tuluğu, başında ancaq yaxşı
fikirlәr, bәrәkәtli qızılı zәmilәrdә mahnı oxuya-oxuya
sәhәrdәn axşama qәdәr çalışan kәndlilәri gözümün qabağına
gәtirirdim; әvәzindә qәbiristanlıq kimi çılpaq, qupquru,
müqәddәs Veronika gününün sәhәri kiçik kәnd kilsәsi
kimi kimsәsiz, baxımsız biyaban gördüm.

Çinçila da nәyinsә dәrdini çәkәn bütün lamançlılar
kimi qaraqabaq, sakinlәrin başını çölә çıxarmadığı sönük,

89
   84   85   86   87   88   89   90   91   92   93   94