Page 87 - Sela
P. 87
Paskual Duartenin ailəsi

– Qoy olsun, ancaq sәn onu mәhv elәdin! Bәlkә, ağlını
başına yığasan? Sәn dava axtarırdın, payını da aldın. Sәni
şikәst elәmәk, qabırğalarını qırmaq istәmirdim...

– Eybi yox, bitişәr, onda...
– Onda nә?
– Sәni güllәlәyib, it kimi gәbәrdәcәyәm!
– Özünü gözlә, mәnim әlimdәsәn!
– Sәn mәni öldürә bilmәzsәn!
– Öldürә bilmәrәm?
– Yox.
– Nәyә görә belә әminsәn?
– Çünki belәsi hәlә anasından olmayıb!
Oğlan ürәklәnmişdi.
– Gedәcәksәn?
– Nә vaxt istәsәm, onda gedәcәyәm!
– İndi get!
– Rosarionu mәnә qaytar!
– Yox!
– Qaytar, yoxsa öldürәrәm!
– Sәndә o hal hardadı! Payını almısan, rәdd ola bilәrsәn!
– Vermirsәn?
– Yox!
Ədәbaz bütün gücünü toplayıb, ayağımdan yapışdı,
mәni yıxmaq istәdi. Boynundan tutub aşağı basdım.
– Rәdd ol burdan!
– Getmirәm!
Əlbәyaxa olduq, onu yerә yıxıb, dizimi sinәsinә qoydum.
– Söz verdiyimә görә sәni öldürmürәm, – dedim.
– Kimә söz vermisәn?
– Lolaya.
– Demәli, o mәni sevib?
Xalis hәyasız idi. Dizimlә bir az sıxdım... Sinәsindәn
şişdәki әt kimi fışıltı eşidildi... Ağzından qan gәldi. Mәn
qalxanda, onun başı heysiz halda yana düşdü...

87
   82   83   84   85   86   87   88   89   90   91   92