Page 93 - Sela
P. 93
Paskual Duartenin ailəsi

evim orda idi. Çox kәdәrliydim; bütün sevincimi senyor
Qreqorio öz biganәliyilә mәhv elәdi. Əbәs yerә qovmaq
istәdiyim pis fikirlәr, duyğular axınla üstümә gәldi. Buludsuz
aydın gecәydi vә hәr şeydәn xәbәrdar yumru Ay göyün
ortasına mıxlanmışdı. Canıma işlәyәn soyuq barәdә
düşünmәmәyә çalışırdım.

Yolun tәxminәn yarısında, irәlidә, cığırın solunda
qәbiristanlıq göründü; azacıq da olsa dәyişmәyәn, budağında
bayquş vağıldayan hündür sәrv ağacıyla, çiy kәrpicdәn
tikilmiş qaramtıl barının içindә necә qoyub getmişdimsә,
elәcә dururdu. Bu qәbiristanlıqda atamın tutulduğu
quduzluqdan, Marionun kәmağıllıqdan, arvadımın
sahibsizlikdәn, Ədabazın isә hәyasızlıqdan canı qurtarmışdı.
Bu qәbiristanlıqda mәnim iki oğlum – vaxtından әvvәl
doğulan, bir dә vur-tut on bir ay yaşayan ay parçası balaca
Paskual çürüyürdü.

Kәndә gecәnin bir yarıısı qәbiristanlığın yanından
keçәrәk qayıtdığıma görә ürәyim sıxılırdı; görünür, qәsdәn
belә olmuşdu ki, insanların miskinliyi barәdә düşünüm.

Kabus kimi uzun, çox uzun kölgәm mәndәn irәlidә
gedirdi, torpağa sıxılıb, yola uyğunlaşırdı – gah yol boyu
uzanır, gah da qәbiristanlığa baxmaq istәyirmiş kimi barıya
dırmaşırdı. Addımımı yeyinlәdәndә, kölgә dә yeyinlәyirdi,
mәn dayananda – o da dayanırdı. Göy qübbәsinә baxdım –
bir әlcә dә bulud yox idi. Yolun sonunacan kölgәm mәnimlә
gedәcәkdi.

Anlaşılmaz bir qorxu içimi sardı; sanki skeletlәr qәbirdәn
çıxıb necә getdiyimә baxırdılar. Başımı qaldırmağa ürәk
elәmәyib addımımı yeyinlәtdim; bәdәnim dә, sandıqçam
da elә bil çәkisini itirmişdi. Özümdә heç vaxt olmadığı
qәdәr güc hiss elәdim. Vә birdәn götürüldüm; zәnciri
qırmış dәli kimi qaçmağa başladım. Evә çatanda nәfәsim
kәsilirdi, addım atmağa belә heyim qalmamışdı...

93
   88   89   90   91   92   93   94   95   96   97   98