Page 98 - Sela
P. 98
İLO XOSE SELA

– Çox şükür!
Rosarionun mәnim üçün tapdığı qız, hәqiqәtәn, gözәldi.
Lola kimi deyildi, daha çox әksi idi, onunla Estevesin
arvadı arasında bir qadındı, diqqәtlә baxanda üz cizgilәri
bacımı xatırladırdı. Otuz-otuz iki yaşı olardı, ancaq bu yaşı
vermәzdin, yaxşı qalmışdı, gәnc qıza oxşayırdı. O çox
möhvumatçı idi, qәzavü-qәdәrә inanırdı, bu da biz tәrәflәrdә
az görünәndi, qaraçı kimi tapdığına qane olurdu, ancaq
beynindә hәmişә eyni şeydi: “Nәyisә dәyişdirmәyә ehtiyac
varmı? Tanrının yazısı belәdi!”
O, mәrhum atasının ögey bacısı senyora Enqrasiya ilә
tәpәdә yaşayırdı, çünki hәlә uşaqkәn ata-anadan yetim
qalmışdı vә balaca vaxtından üzüyola, fağır olduğundan
kiminlәsә mübahisә elәdiyini heç kim görmәmişdi, xәtrini
çox istәdiyi xalasından isә heç danışmağa belә dәymәz.
Çoxlarından sәliqәli geyinirdi, üzü alma rәngindәydi vә
bir müddәt sonra mәnim arvadım – ikinci arvadım olanda
elә sәliqә-sahman yaratdı ki, onun sayәsindә ev tanınmaz
dәrәcәdә dәyişdi.
İlk dәfә onunla tәklikdә görüşәndә ikimiz dә karıxmışdıq;
söhbәtin nәdәn gedәcәyini bilirdik, altdan-altdan bir-
birimizә göz qoyurduq.
Biz tәk idik, ancaq bu heç nәyi dәyişmirdi; bir saata
yaxın tәklikdә qalsaq da, hәr keçәn dәqiqә sözә başlamaq
daha çәtin olurdu. İlk atәşi o açdı:
– Kökәlmisәn.
– Ola bilsin...
– Rәngin dә ağarıb.
– Elә deyirlәr...
Özümü mehriban, söhbәtcil göstәrmәk üçün bütün
gücümü toplasam da, heç nә alınmırdı; key kimiydim, elә
bil nәsә mәni basıb әzirdi, ancaq hәmin vaxt keçirdiyim
hisslәr heç zaman yadımdan çıxmaz, o xoş duyğulardan
ayrılmaq mәnim üçün ağırdı.

98
   93   94   95   96   97   98   99   100   101   102   103