Page 103 - Sela
P. 103
Paskual Duartenin ailəsi

Silaha әl atmağı qәrara aldığım gün o qәdәr dilxor, onu
al qana boyamağın xeyirliyә olmayacağına o qәdәr әmin
idim ki, anamın ölüm fikrinin özü belә zәrrә qәdәr dә
mәni tәlaşa salmırdı. Bu, sadәcә, alın yazısı idi, olacağa
çarә yoxdu, mәn vur-tut icraçıydım vә hәtta istәsәm dә
bundan qaça bilmәzdim, çünki fikrimi dәyişmәk, onun
baş vermәmәsi üçün indi әlimin belә kәsilmәsinә razı
olduğum hadisәnin olmaması mәnә mümkünsüz görünürdü,
onda isә buğda sәpdiyi zәmisinin qayğısına qalan kәndçi
kimi hәr şeyi yerli-yerindә ölçüb-biçmişdim.

Mәsәlә artıq hәll olunmuşdu. Özümü ürәklәndirmәk,
qüvvә toplamaq üçün gecәlәr yatmayıb, eyni şey haqda
düşünürdüm; qarğıdalı yarpağı kimi enli, uzun tiyәli,
ortasında novçası olan, sәdәf dәstәyinin onu döyüş xәncәrinә
bәnzәtdiyi ov bıçağımı itilәmişdim. Gün tәyin elәmәk
qalırdı ki, onda tәrәddüd etmәyәsәn, geri çәkilmәyәsәn,
heç nәyә baxmadan sona qәdәr gedәsәn, soyuqqanlığını
saxlayasan... sonra rәhm etmәdәn dalbadal zәrbәlәr endirmәk
vә çox-çox uzaqlara, La Korunyaya, heç kimin heç nә
bilmәdiyi, rahat yaşayacağım yerә qaçmaq, ümid etmәk ki,
adamlar mәni unudacaqlar vә hәyatımı tәzәdәn qurmağa
imkan verәcәklәr.

Vicdanım mәnә әzab vermәyәcәk – sәbәb yoxdu. Yalnız
elәdiyimiz әdalәtsizliyә – döydüyümüz uşağa, vurduğumuz
qaranquşa görә әzab çәkirik. Ancaq nifrәtin çәkib apardığı,
hansısa bir fikrin kefli kimi arxasına düşüb getdiyimiz işә
görә heç vaxt peşman olmuruq, vicdanımız heç vaxt әzab
vermir.

1922-ci ilin 10 fevralı idi. Hәmin il 10 fevral cümә
gününә düşmüşdü. O vaxta xas günәşli hava idi, yadımdadı
ki, aşıq-aşıq oynayan uşaqlar hәmin gün meydanda
hәmişәkindәn çoxdu. Mәni fikir götürmüşdü, amma özümü
әlә almağa çalışdım vә bunu bacardım. Geri çәkilmәk heç

103
   98   99   100   101   102   103   104   105   106   107   108