Page 108 - Sela
P. 108
İLO XOSE SELA
Paskual Duartenin don Xoakin Barreroya mәktubunu eyni
bәnövşәyi mürәkkәblә yazılan XII vә XIII fәsillәrin qәlәmә aldığı
dövrә aid etmәk olar; bu sübut edir ki, Paskual, dediyi kimi, öz
hekayәtini heç dә dayandırmayıb vә mәktubu bilәrәkdәn elә
hazırlayıb ki, vaxtı çatanda öz tәsirini göstәrsin, – bu ehtiyatlılıq
ilk baxışda göründüyü kimi bizim qәhrәmanın unutqan, taleyin
sındırdığı adam olmadığını sübut edir. Belә olduğunu kağız
bağlamasının hansı yolla Badaxos hәbsxanasından senyor
Barreronun evinә düşdüyü dә tamamilә aydın göstәrir, çünki bu
haqda bizә kağız bağlamasını göndәrmәyi öz üzәrinә götürәn
jandarmeriya kapralı Sesareo Martin danışır.
Qәhrәmanımızın hәyatının son dәqiqәlәrini imkan daxilindә
aydınlaşdırmaq üçün Badaxos hәbsxanasının keçmiş kapellanı,
hal-hazırda Maraseledә (Badaxos) icma keşişi Santyaqo Luruenyeyә
vә bir vaxtlar Badaxos hәbsxanasında sıravi jandarmeriya, indi
isә kapral rütbәsindә La-Vesilye (Leon) postunun rәisi don Sesareo
Martinә mәktubla sorğu göndәrdim. Cinayәtkarın әdalәt mәhkәmәsi-
nә börcunu ödәmәk vaxtı çatanda, bu iki şәxs öz xidmәti vәzifәlәrini
yerinә yetirmәk üçün onun yanında olmuşdu.
Bu da onların mәktubları.
Marasela (Badaxos), 9 yanvar 1942-ci il
Möhtәrәm vә hörmәtli senyor!
Sizin keçәn ayın 18-dә iltifat edib göndәrdiyiniz vә
mәnә xeyli gec çatan mәktubu, hәmçinin bәdbәxt Duartenin
makinada yazılmış 359 sәhifәlik xatirәlәrini elә indicә
almışam. Bütün bunları mәnә Badaxos hәbsxanasının indiki
kapellanı, cavanlıq illәrindә Salamank seminariyasında
sizin itaәtkar bәndәnizin yoldaşı olmuş don David Freyre
Anqulo yollayıb. Zәrfi açan kimi vicdanımı sakitlәşdirmәk
üçün bu sәtirlәri yazıram, davamını isә әgәr Tanrı mәslәhәt
bilsә, sizin tәlimatınız vә öz marağım naminә sabaha,
108