Page 113 - Sela
P. 113
İKİ ÖLÜ ÜÇÜN MAZURKA

Y ağış ara vermәdәn, aram-aram, hәvәssiz-hәvәssiz
yağır, ancaq hәyatın özü qәdәr sәbirlә süzülüb-
tökülür; sәma ilә eyni rәngdә – nә yaşıl, nә dә
kül rәngindә olan torpağa tökülür. Dağın kәnarı isә çoxdan
silinib.
– Neçә saat olar silinib?
– Saat yox, üstündәn çox illәr keçib. Dağın kәnarı Lasaro
Kodesal ölәndә silinib, yәqin, Allah daha kiminsә onu
görmәsini istәmәyib. Lasaro Kodesal Mәrakeşdә Tizza-
Əziz postunun yanında öldürülmüşdü; çox ehtimal, onu
kabil tayfasından bir mavr qәtlә yetirmişdi. Lasaro Kodesal
qızların qarnını şişirtmәyi yaxşı bacarırdı, yaraşıqlı idi –
kürәn, göygöz. Lasaro Kodesal cavan öldü, 22 yaşı da
olmazdı – 5 mil әtrafda heç kimin dәyәnәyi onun kimi
işlәdә bilmәmәsinin nә xeyri? Lasaro Kodesalı әncir ağacının
altında әylәndiyi yerdә mavr xaincәsinә öldürmüşdü, hamı
bilir ki, әncir ağacının kölgәsi günah işlәtmәk üçün çox
әlverişlidi. Lasaro Kodesalı heç kim üzbәüz öldürmәyә
cәsarәt elәmәzdi: nә mavr, nә asturiyalı, nә portuqaliyalı,
nә leoneziyalı – heç kim. Dağın kәnarı Lasaro Kodesal
öldürülәndә uçmuşdu, daha onu görmәk mümkün olmaya-
caq.
Müqәddәs Ramona günündәn bәri, bәlkә, ondan da
әvvәldәn cansıxıcı yağış ara vermir. Bu gün isә kart vә
lotoreya biletlәrinin hamisi müqәddәs Makariya günüdür.
Doqquz aydan çoxdu dayanmadan aramla yağır, çöldәki
ota, pәncәrәmin şüşәsinә yağır, ancaq hava soyumayıb,
demәk istәyirәm, elә dә soyumayıb. Kim skripka çala bilir,
axşamlar çalır, amma mәn bacarmıram, qarmon çala bilәn

113
   108   109   110   111   112   113   114   115   116   117   118