Page 115 - Sela
P. 115
İki ölü üçün mazurka
pop olur. Polikarponun sağ әlindә şәhadәt, orta vә adsız
barmağı yoxdu, ancaq baş vә çeçәlә barmağıyla başını
girәlәyir.
Orensedә, Parroçanın fahişәxanasında kor akkordeonçu
var, yәqin, artıq ölüb, hә, әlbәttә, indi yadıma düşür, qırx
beşinci ilin baharında, Hitlerdәn düz bir hәftә sonra öldü,
şorgöz kişilәri әylәndirmәk üçün xavı vә passakaliya çalır, –
çalırdı, demәk istәyirәm. Onun adı Qaudensio Beyra idi,
seminariya tәlәbәsi olmuşdu, gözlәri tutulmağa başlayanda
oradan qovmuşdular, tezliklә tamam kor oldu.
– Bәs tütәkdә çala bilirdi?
– Mәncә, әla çalırdı. O, doğrudan da, әsl artist idi, hәr
şeyi ürәklә, hisslә elәyirdi.
Dolanışıq üçün Parroçanın fahişәxanasında Qaudensio
nә desәn çalırdı, ancaq “Körpә Marianna” adlı mazurkanı
vur-tut iki dәfә çalmışdı; otuz altıncı ilin iyulunda1 – Afuto
Qamuso öldürülәndә vә Mouço Karruponun öldürüldüyü
qırxıncı ilin qışında. Bir dә onu heç vaxt çalmaq istәmәdi.
– Yox, yox, mәn nә elәdiyimi bilirәm, – Qaudensio
deyirdi, – dәqiq bilirәm ki, az qala, matәm mazurkasıdı,
әylәnmәk üçün deyil.
Qaudensio Beyranın bacısı qızı Benisya doqquz qardaş
olan Qamusoların, qurbağaları әhlilәşdirәn baqaneyralı
Polikarponun vә mavrın öldürdüyü Lasaro Kodesalın
qohumudu. Bu әyalәtdә hamı az-çox bir-birinә qohumdu,
tәkcә donuzdan geri qalmayan Karrupo tayfasından savayı.
Dәyirman çarxını fırladaraq vәrәmlilәri qorxudan
Arneqonun sularına yağır, Martinidәn olan sarsaq Katuxa
Bainte isә saçları qurşağından, mәmәlәri su içindә lüt
anagәlmә Esbarrado tәpәsinә tәrәf qaçır.
118 iyul 1936‐cı il – İspaniyada vətəndaş müharibəsinin (1936–1939) başladığı
gün
115