Page 117 - Sela
P. 117
İki ölü üçün mazurka
stansiyasındakı mәşhur qatar qәzasında hәlak olmuşdular;
yüzdәn çox adam ölmüşdü, tuneldәn heç kim sağ
çıxmamışdı, tunel dibsız qәbir olmuşdu, heç vaxt dolmayan
qәbir; mahalda danışırdılar ki, dövlәtin puluna qәnaәt
etmәk üçün çoxlarını diri-diri torpağa basdırmışdılar, ancaq
bu, yәqin, boş-boş söhbәtlәrdi.
İkinci Qamuso – Perelyo1 lәqәbli Tanisin nadinclikdә
tayı-bәrabәri yoxdu. Orenseli vergiyığanın qızı Roze Raykonu
alıb. Rozeyә cirә arağı ver – bütün günü yatsın, onun
haqqında pis heç nә deyә bilmәrәm, ancaq cirә arağına bir
az meyillidi. Böyük vә kiçik qardaşı kimi, qurbağa
әhlilәşdirәn kuzeni Polikarpo kimi, Tanis dә torpaqla әllәşir,
heyvan saxlayır; o da quş, qurbağa, dağ-daşdakı hәr cür
xırda heyvanı әhlilәşdirir, ata yeriş öyrәdir, işlә әlaqәdar
yox, sadәcә hәvәskardı; ayğırı tәpәlәrdә çapmağı, ağılda
tozun, kişnәrtinin, tәrin içindә atın yalını qırxmağı,
damğalamağı bacarır. Tanisin güclü qolları var, qüvvәlәrini
sınayanda gәlmәlәrә hәmişә qalib gәlir.
– Oğlan, – o deyir, – uduzduğun dörd realı götür, gәl
bizimlә içәk, burada bizә dava-dalaş lazım deyil. Dediyimi
dә yaxşı-yaxşı yadında saxla, çünki adama çox tәskinlik
verir: “Var olsun Yaradan, qoy bitsin yonca – Yaz gәlir
hәmişә qışın dalınca”.
Perelyo lәqәbli Tanis isti havalarda Martinidәn olan
sәfeh Katuxa Bainte ilә dәyirman nohurunda dilxoşluq
elәmәyi xoşlayır, ilanlar vә pişiklәr kimi, öz güclәrini sәrf
elәmәk üçün hәr ikisi lütlәnir; sәrf elәmәk – sözgәlişi belә
deyilir, Tanis gücünü boş yerә sәrf elәmir, Katuxa da heç
vaxt geri çәkilmir, yorulmur, üstәlik, hәr toxunuşda әlini
әlinә çırpıb cıyıldayır. Katuxa çimmәyi bacarmır – suya
oynaya-oynaya baş vurmağına baxanda gülmәkdәn ölәrsәn.
1 Perelyo – şeytan balası (qalisiya dilində)
117