Page 114 - Sela
P. 114
İLO XOSE SELA
qarmonda çalır, amma mәn bacarmıram. Vur-tut qaite1
çala bilirәm, ancaq onu evdә çalmaq yaramaz. Əgәr qarmon,
skripka çala bilmirәmsә, evdә dә püflәmәk olmaz, vaxtımı
yataqda Benisya ilә keçirirәm (döşlәrinin gilәsi şabalıd
boyda olan Benisya haqqında sonra sizә danışacağam).
Paytaxtda kinoya getmәk, “Çox uzun yuxuda” olsa-olsa,
möhtәşәm sopranosu olan baş rolun ifaçısı gәnc Lili Ponsa
baxmaq olar – qәzetlәrdә belә yazırlar, ancaq bizdә kino
yoxdu. Tәmiz bulaq suyu ölülәrin sümüklәrini, bumbuz
ciyәrlәrini yuyur; bulağın adı Mianqeyrodu, cüzamlı xәstәlәr
sağalmaq üçün yaralarını bu suda yuyurlar. Gecәlәr
tәnhalıqdan şikayәtlәnәn bülbülün qonduğu eyni sәrv
ağacında qaratoyuq da oxuyur. İndi cüzamlı xәstә, demәk
olar, qalmayıb; әvvәllәr çox idi, günahları bağışlayan
rahiblәr onların yerini bilsin deyә bayquş kimi ulayırdılar.
Qurbağalar, adәtәn, hәr il müqәddәs Xose günündәn
sonra ayılırlar vә onların qurultusu pis xәbәrlәrlә, iş-güclә
birlikdә baharın gәlişini dә xәbәr verir. Qurbağa – sehrlı,
az qala, fövqәltәbii heyvandı: asumbara çiçәyiylә altı, ya
yeddi qurbağa başını qaynat – alınan cövhәr әrgәn oğlanın
gücsüzlüyünü sağaldır, onu gümrahlaşdırır, qızların da
ağrılarını götürür. Qurbağanı әhlilәşdirmәk çәtindi, işin
çәmini tapdığın yerdә qәfil sәbrin tükәnir, ayağınla basıb
әzirsәn. Baqaneyralı Polikarpo qurbağanı, qaratoyuğu,
tülkünü, dәlәni, demәk olar, hәr şeyi hamıdan yaxşı
әhlilәşdirir. Baqaneyralı Polikarpo hәtta canavarı, vaşaqı
da әhlilәşdirir, bircә qabanla bacarmır – axmaq heyvandı,
nә söz eşidir, nә qanır. Əlindә üç barmağı olmayan
baqaneyralı Polikarpo, Sela de Kamparonedә yaşayır,
Santyaqodan gәlәn avtobusa baxmaq üçün hәrdәn yola
çıxır, avtobusda da hәmişә әncir qurusu çeynәyәn iki-üç
1 Qaite – tütəyə, fleytaya oxşar nəfəs aləti
114