Page 118 - Sela
P. 118
İLO XOSE SELA
Benisyanın döşlәrinin gilәsi qurudulmuş şabalıd kimidi,
bunu hamı bilir, İvan gününә saxlanan çoxdankı şabalıd
kimi. Benisya qızğın qadındı, heç vaxt yorulmur vә heç
vaxt darıxmır. Benisyanın gözlәri göydü, yataqda çox oynaq
vә zirәkdi. Benisya әrdә olmuşdu, әslindә, arvada oxşayan
portuqaliyalının indi dә arvadıdı, portuqaliyalı onun-bunun
sözü ilә oturub-duranlarla Leona qәdәr getdi, ancaq Benisya
әrindәn qaçıb vәtәnә qayıtdı.
Benisyanın anasının adı Adeqadı, o, Parroçanın
fahişәxanasında akkordeon çalan kor Qaudensionun bacısıdı.
Benisya özünә güvәnir vә hәmişә üzü gülür – bir sözlә,
Allah vergisidi. Ana yazıb-oxumağı bacarır, Benisya yox;
ailә hәrdәn qızıl tapmaq hәvәsiylә dağın әtәyindә gözdәn
itir; indi, yәqin, onlardan heç kim qalmayıb. Benisyanın
anası Adeqa akkordeonu qardaşından heç dә pis çalmır,
“Fanfinneta” polkasını çox şövqlә ifa elәyirdi.
– Mәn Sarnosa qayasıyla Esbarrado tәpәsinin arasındakı
Vilyar de Montedәnәm, – Adeqa deyir, – hәtta kimin hansı
qadının südünü әmdiyini dә bilirәm. Don Kamilo, siz
davakarlar nәslindәnsiniz, bu da çox şey demәkdi. Sizin
babanız dәyәnәklә dәyirmançı Xan Amieyrosu öldürüb,
mәcbur olub 14 il Braziliyada qalsın, bunu özünüz bilirsiniz.
Özüm sahil boyu uzanıb gedәn Vilyar de Montedәnәm,
Silvaboa vә Rikobelonun arxasında yerlәşir, rәhmәtlik әrim
Sidran Seqade isә Kasurrakedәndi. Bunları ona görә deyirәm,
bilәsiniz ki, mәnә etibar elәmәk olar, mәn indi peyda olan
yaramaz gәlmәlәrdәn deyilәm. Allah mәni öldürsün, әgәr
biz qohum deyiliksә! Sizin babanız yüz il әvvәl II İzabellanın
vaxtında Braziliyaya gedib. Onun Maneça Amieyrosla biabırçı
әlaqәsi olub, bağışlayın, ancaq belә deyirlәr, onun iki qardaşı
varıydı, birinin adı Xandı, o birinin adını xatırlamıram,
deyәsәn, Fukodu, hә, Fuko, Fukonun bir gözü varıydı, o
birini itirmәmişdi, yox, alnının ortasında bir gözlә doğulmuşdu.
118