Page 123 - Sela
P. 123
İki ölü üçün mazurka
Onda dağın kәnarı hәlә görünürdü, әgәr satqın mavr
olmasaydı, heç vaxt silinib yox olmazdı. Buralar әncir
ağacının bitmәsi üçün elә dә münasib deyil, әgәr dövlәtli
olsaydım, böyük әncir ağaclarının olduğu yeri tapardım,
Lasaro Kodesalın, dәyәnәyi hamıdan yaxşı işlәdәn oğlanın
xatirәsinә yüzlәrlә ağac alardım, – qoy quşlar әncirlәrin
hamısını yesinlәr. Heyif ki, mәn kasıbam, işlәr görәrdim,
dünyanı gәzәrdim, qadınlara üzük bağışlayardım, әncir
ağacları alardım. Əgәr skripkada, violonçeldә çalmağı
bacarmırsansa, axşamları çarpayıda yola vermәli olursan.
Benisya itaәtkar donuz kimidi, heç vaxt “yox” demir.
Benisya yazmağı bilmir, akkordeonda çalmağı bacarmır,
ancaq gәncdi, meyvәlәri çox yaxşı qızartmağı var, lazım
olanda adama lәzzәt vermәyi dә bacarır, döşlәrinin gilәsi
dә şirindi, şabalıd kimi bәrk vә iridi. Onun anası Adeqa
asılan adamlardan danışmağına davam elәyir:
– San Migel de Businos keşişinin Bidueyrosdakı gic
oğlu özünü asmamışdı, onu maraq xatirinә asmışdılar. San
Migel de Businosun keşişinin adı don Merexildo Aqrexan
Fenteyradı, onun da nәyisә öz ölçülәriylә mәşhurdu; silahı
atәş açmağa hazır olanda, – Allah, sәn özün bağışla! –
deyәrdin ki, cübbәsinin altındakı şam ağacıdı. Padre,
bununla hara gedirsiniz? Yaramaz hәrif (qadın soruşanda
“lәnәtә gәlmiş fahişә”), gedirәm görüm, prixoddakılar
mәni sevirlәrmi. Bağışlayın. Don Kamilo, istәyirәm çorisodan
dadasınız, çox doyumludu, üstәlik dә, gücü-qüvvәni bәrpa
elәyir. Rәhmәtlik әrim Sidran çorisonu ağzına bütün-bütün
qoyduğu üçün elә güclü idi; sizә deyirәm ki, murdar qatil,
kişi kimi, üzbәüz gәlsәydi, onu öldürә bilmәzdi. Rәhmәtlik
әrimi arxadan güllәlәdilәr, geriyә çevrilmәyә dә imkan
vermәdilәr, yoxsa gorbagor qatil vә onun dәstәsi (әgәr tәk
olmamışdısa) hәlә dә qaçıb gizlәnirdilәr.
123