Page 121 - Sela
P. 121
İki ölü üçün mazurka

elә bir qiymәti yoxdu, ancaq, hәr halda, xatirәdi. Qardaşım
Sekundino onların içindә tütün saxlayır – çox gülmәlidi;
Santa-Mariya de Karbalyeda kilsәsinin keşişi Don Silvio,
qudası müqәddәs Fernandes oralıdı, deyib ki, әgәr çәkmәlәri
münasib bir yerdә basdırmasa, qardaşım cәhәnnәmә
gedәcәk. Bu sözlәrin tәsiri olmadı, Sekundino cәhәnnәmdәn
qorxmur, hesab elәyir ki, hәyat vә yeyib-içmәk – Allahın
könlünә daha xoş gәlir, nәinki ölüm, aclıq. Bir az da çır-
çırpı qoyum, soyuqdu.

Nacinsliyin ilk әlamәti – seyrәk saçlardı, Mouçonun
saçları hәm seyrәkdi, hәm dә az.

– Bәs rәngi?
– Hәr cürә ola bilәr, günün vaxtından asılıdı.
Doqquz qardaş Qamusoların dördüncüsü vә beşincisi –
Selestino vә Seferino әkizdilәr, hәr ikisi dә keşişdi, Orensedә
seminariyada oxuyublar, necә deyәrlәr, oranı әla bitiriblәr.
Selestinonu Karoçe1 çağırırlar, o da San Migel de Taboadela
prixodundadı. Seferinonu Furelo2 çağırırlar, o da Rayris de
Veyqa mahalındakı San Adrian de Sepaus prixodundaydı,
indi Silvionun yerinә Pinyor de Seadakı Santa-Mariya de
Karbalyeda prixoduna keçiriblәr.
Hә, yağışın qışda vә yayda, gündüz vә gecә torpağa,
kişilәrin, qadınların, heyvanların günahı üstünә dayanmadan
necә yağdığına baxmaq xoşdu.
Baldomero Afutoya qabaqdan yaxınlaşa bilmәzdin,
Sakumeyra canavarı kimi zirәkdi; qardaşı Tanis Perelyo
gözünü qırpmadan adamı tәk әliylә qaldırırdı; o biri
qardaşları Kreqo de Komesaninin bir az yaramazlığı var;
onların qardaşları Selestino Karoçe vә Seferino Furelo,

1 Gönlücə – yarasanın bir növü
2 Furelo – kəsəyən (qalisiya dilində)

121
   116   117   118   119   120   121   122   123   124   125   126