Page 122 - Sela
P. 122
İLO XOSE SELA

özünüz dә bildiyiniz kimi, ibadәt edirlәr, çamelo vә
korrelyativonu da pis çalmırlar. Karoçe – ovçudu (dovşan,
vәhşi göyәrçin), Furelo – balıqçı (penkas vә barbos, bәxti
gәtirsә, alabalıq). Qalır dörd Qamuso.

Adeqa tәdbirli qadındı, ancaq sәxavәtlidi, gәncliyindә,
görünür, çox şәn vә gülәrüz olub, mәclislәri sevib.

– Deyirlәr, – Adeqa danışır, – Afutonu öldürәn mәnim
әrimi dә, hәlә bir yığın başqa adamı da öldürüb, mәlumdu
ki, mәni bağışlayın, nacinslәr tәtiyi basmağı xoşlayırlar.
Dәqiq bilmirәm, ancaq o murdarı öldürәndә, Santa-Mariya
de Oseyra kilsәsindә İsanın ruhuna şam yandırdım. Elә
ölü var ki, ondan ötrü ağlayıb-sıtqayırsan, elәsi dә var
sevinirsәn, doğrudu? Bәzilәrindәn – suda batanlardan,
taundan ölәnlәrdәn qorxursan, başqaları, әksinә, adamı
güldürür. Mәn balaca olanda Bouse de Fododa birini elә
mәharәtlә asmışdılar, oğlanlar onun ayaqlarından sallaşıb
yellәnirdilәr, ölünün heç vecinә dә deyildi; ancaq polis
gәlib uşaqları qovdu, senyor hakim çox ciddi, çox lәyaqәtli
adamıydı – kastiliyalıydı, adı don Leondu, zarafatla arası
yoxdu, onu yaxşı xatırlayıram. Artıq belә adәtlәr yoxa
çıxıb, indi tәyyarәlәr uçur.

Mәrakeşdә öldürülәn Lasaro Kodesalı hәlә unutmayıblar.
Onun haqqında danışacaq adam tәkcә Adeqa deyil. Bir
axşam Lasaro Kabreyradan enә-enә oxuyurdu. Lasaro
Kodesal hәmişә oxuyurdu ki, kimin gәldiyini bilsinlәr vә
Çosko Xaçında kiminsә әri onu saxlayır:

– Mәn tәkәm, sәnin dә әlindә dәyәnәk var.
– Kәnara çәkil, mәnim zarafatlıq halım yoxdu. Qoy öz
yolumla gedim.
Mәsәlә böyüyür, bir-birlәrinә yüz, bәlkә dә, iki yüz
zәrbә vururlar. Lasaro onu döyür, әlini arxasında öz
dәyәnәyinә bağlayıb, evlәrinә yollayır:
– Get evinә, arvadını әylәndir, bir dә dinc adamlara
sataşma. Olan olub, keçәn keçib.

122
   117   118   119   120   121   122   123   124   125   126   127