Page 127 - Sela
P. 127
İki ölü üçün mazurka

Adeqa dәnizi görmәdәn ölmәk istәmir.
– Ölmәk dәrd deyil, bundan qaçmaq olmaz, dәrd odur
ki, dirilәr gülәcәk; tәsәlli tapıram ki, o gorbagordan çox
yaşamışam, hәm dә xeyli çox yaşamışam. Rәhmәtlik әrimi
öldürәn gorbagor ölüb, mәnsә sağam; bircә qorxduğum
dәnizi görmәdәn ölmәkdi, yәqin, dәniz çox gözәl olmalıdı.
Sarsaq Keçi deyirdi ki, әn azından Orensa әyalәti boyda,
hәlә, bәlkә, ondan da böyükdü. Afutonu vә rәhmәtlik
әrimi öldürәn gorbagor artıq ölüb, bu da hәmişә tәskinlik
verir. Suya güvәnmәk lazımdı, su havadan möhkәmdi.
Sarsaq Keçi quşlara vә yırtıcı heyvanlara yaxşı tәlim keçir,
bu işdә Baqaneyralı Polikarpodan geri qalmaz: bayquş,
quzğun... bayquşlar quzğunlardan qanmazdı... qurbağa,
keçi – bunlar asandı; dәlә, yarasa – nәyin desәn, öhdәsindәn
gәlir. Sarsaq Keçi hәlә toyuqları kar elәmәyi, ilanları
axtalamağı bacarır, tülkünün dalına bibәr soxub oynamağa
mәcbur edir, – gülmәkdәn qarnın cırılar! Sarsaq Keçi çox
kişiyә dәyәr. Biz qadınların hәr biri hәrdәn itlә dә olub,
adәt belәdi, cavanlıqda hәr şey yarayar; sәfehin biriylә dә
olar, burnufırtıqlı uşaqla lap yaxşıdı, bircә çox soyuq
olmaya, hәm dә zırıldamaya; kişi isә yaxşı mәmәlәri olan
keçi tapıb yapışır buynuzlarından – di al gәldi, bu da
tәbiidi. Ancaq Sarsaq Keçi başqalarının itlә çıxartdığı
hoqqaları canavarla elәyib, heç kim inanmır, ancaq hәqiqәtdi,
öz gözlәrimlә görmüşәm. Vәhşi heyvanlar Sarsaq Keçiyә
qulaq asır, çünki anası ona Sen-luren tufanında at çapdığı
yerdә hamilә qalıb. O tufan hәr il bir kastiliyalını, bir
qaraçını, bir zәncini, bir seminariya tәlәbәsini öldürür, çox
amansız, çox qәddar, hәr yeri viran qoyan tufandı. Sarsaq
Keçi neylә havanın pislәşәcәyini kömәksiz heyvanlara –
yerin altındakı köstәbәyә, meşәdәki yereşәnә, әtirli
noxuddakı hörümçәyә, şalğam yarpağındakı ilbizә vә
başqalarına xәbәr verir...

127
   122   123   124   125   126   127   128   129   130   131   132