Page 129 - Sela
P. 129
İki ölü üçün mazurka

qüssәdәn torpağa düşür, balıqqulağı kimi burulub
qanadlarında kәllә şәkli olan kor gönlücәyә çevrilir. Əgәr
yel әssә, qalxıb uça bilәrlәr, әsmәsә, acından ölәnә qәdәr
yerdә uzanıb qalırlar; onları öldürәn bәdbәxtliyә düçar
olur, toxunmasan, heç nә baş vermir, hәr şey öz qaydasıyla
gedir.

Adeqa Monço Preqisasla dostluq elәyirdi, hәtta haçansa
nişanlanmışdılar, ancaq artıq çox illәrdi görüşmürdülәr.

– Don Kamilo, sizin işiniz vur-tut yataqda әylәnib
şәhvәtinizi söndürmәkdi. Ancaq dünyada hәr şeydәn yaxşısı –
dözüb, islaholunmaz adamlardan, ölümә mәhkum edilmiş,
ölüm alnına, gözlәrinә, ürәyinә yazılmış gorbagorlardan
çox yaşamaqdı, çünki hamı onların ölümünü istәyir. Hә,
Allahın qanunu belәdi: qan tökәn adam qanla zәhәrlәnib,
qanda da boğular. Bundan başqa, o, aradan çıxa bilmәz,
dünyanın bütün qapıları onun üzünә bağlıdı. Ölüm sәpә-
sәpә dolaşan qatillәrdәn xalq bezib, qisas vaxtı çatanda
(Allahın hökmüylә bunun gec-tezi var, ancaq hәmişә çatır!),
ağlayanlar, amma sağ qalanlar haqq-hesab çәkmәk, hәm
dә qabanları sevindirmәk üçün yerfındığı әkirlәr. Artıq
xeyli yerfındığı әkilib! – qisas vaxtı hәlә çatmamış qatillәr
yalvardılar, – gәlin tövbә elәyәk! Yox, dedilәr, bunlar yabanı
yerfındığıdı, özlәri bitib ki, qabanlar yesinlәr.

Adeqa xırıltılı sәslә sözünü bitirdi. Tüpürcәyini udub
gülümsәdi.

– Bağışlayın, istәyirsinizsә, akkordeonda “Fanfinetta”
polkasını çala bilәrәm? Mәn artıq qocayam, ancaq görәrsiniz,
alınacaq.

Adeqa akkordeonda zövqlә çalır.
– Siz çox yaxşı çalırsınız.
– Yox, rәhmәtlik әrim öldürülәndәn başım yerindә de-
yil, nә yaxşı çalmaq eynimә gәlir, nә dә akkordeon. Heç

129
   124   125   126   127   128   129   130   131   132   133   134