Page 132 - Sela
P. 132
İLO XOSE SELA
tısbağası vә iki qu quşu var; qu quşları bağdakı nohurda
çimirlәr, hәrdәn çaya qәdәr gedirlәr, ancaq hәmişә geri
qayıdırlar. Senyorita Ramona heyvanları çox sevir, tәkcә
insanlara xidmәt edәn heyvanları: inәyi, donuzu, toyuqları
xoşlamır; yalnız at sevir; senyorita Ramonanın tәqribәn
iyirmi yaşlarında kürәn atı var.
– Atlar da kişilәr kimi gözәl vә mәnasızdılar, ancaq
bәzilәrindә alicәnablıq hissi olur.
Senyorita Ramonanın yaşıl tutuquşudan başqa, bütün
heyvanlarının adı var: balaca itin adı Uaylddı vә ev
sahibәsiylә yatır, pişik – Kinq, tutuquşu – Rabeço, meymun
– İerimiya, tısbağa – Xaropa, at – Karuzo, qu quşları isә –
Romul vә Remdi. Pişiyi axtalayıblar, çünki bir gecә eşqi
başına vuranda evdәn qaçıb vur-tut sәhәrә yaxın çirkin
içindә, yaralı vә kәdәrli halda qayıdırdı. Senyorita Ramona
bıçağı götürmәyi әmr etmişdi.
– Yazıq heyvancığaz! Axtalamaqdan başqa, yolu yoxdu.
Aydın mәsәlәdi ki, axtalanandan sonra qaçmağı tәrgitdi.
Niyә? Tutuquşu fransız bayrağı kimi göy-ağ-qırmızı
rәngdәdi, orada-burada yaşıl, sarı lәlәklәri var. O, möhkәm
zәncirlә bağlandığı şüvülün üstündә yaşayır; enir, qalxır,
sallanır, dırmaşır, hәmişә dә lәyaqәtlә, hәyәcan keçirmәdәn,
tәkәbbürlü görkәmdә. Meymun onanizmlә mәşğul olur vә
öskürür. Tısbağa yatır, qu quşları nifrәtlә üzsәlәr dә, yenә
gözәldilәr. Senyorita Ramonanın evindә darıxmayan bircә
heyvan varsa, o da atdı.
– Gülmә, Raymundino. Pis o deyil ki, tәkәm, mәn
ömürboyu tәkәm, buna da öyrәşmişәm... pis odu ki, günlәr
keçir, ağıl isә çaşır, boş bir şey haqqında fikirlәşirsәn,
adama elә gәlir, başın xarab olub. Hәr gün özümüzdәn
daha çox uzaqlaşırıq. Sәncә, Madridә köçmәyә dәyәrmi?
Yağış biz günahkarların başına elә bil vedrәylә tökülür,
indi üstündә bir quşun da gözә dәymәdiyi torpaq sәmanın
132