Page 134 - Sela
P. 134
İLO XOSE SELA

kölgәsindә mavr xaincәsinә bendarkayla vurdu. Ölüm onun
qulağından girәndә Lasaro Kodesalın fikrindә ayaqlarını
aralamış çılpaq Adeqa idi – hamımız vur-tut bir dәfә cavan
oluruq. Cüzamlıların indi öz yaralarını yuduqları Mianqeyro
çayının kәnarında, Fiqeroaslar yeddi bakirәni Mavritaniyanın
Peito Burdelo qalasından xilas etmәk üçün budaqları nizәyә
çevrilmiş әncir ağacları bitir. İndi hamı bu әhvalatı çoxdan
unudub. Adeqanın dostlarından birinin kitabında danışıldığı
Franselosda odun satan Marrakinin on iki qızı olur, on
yaşında artıq hamısı qadın idi, çörәk pulunu bәdәnlәriylә
çıxarırdılar. Onların birini, Orensdә Pelonanın fahişәxanasında
olan Karlotanı, donya Roza tanıyırdı. Mianqeyronun şәffaf
suyunu içmәk olmaz, hәtta quşlar da içmir, bu su ölülәrin
sümüyünü, ölülәrin içalatını, ölülәrin bәdbәxtliyini yuyur
vә özüylә bir yığın dәrd-kәdәr gәtirir.

Parroçanın fahişәxanasındakı kor Qaudensio çox
çalışqandı, akkordeon çalmaqdan yorulmur.

– Pasodobl çal, Qaudensio.
– Baş üstә.
Kor Qaudensio işlәdiyi yerdә dә – Parroçanın fahişәxana-
sında yaşayır, pillәkәnin altında külәş doldurulmuş döşәkdәn
özünә yatacaq düzәldib, Qaudensionun hücrәsi isti vә
rahatdı. Doğrudu, qaranlıqdı, ancaq işıq heç lazım da deyil:
onun olub-olmaması korlara fәrq elәmәz.
Çalğısını qurtarandan sonra sәhәrlәr saat beşdә, altının
yarısında Qaudensio messaya qulaq asmaq üçün Amarqura
küçәsindәki kilsәyә gedir, sonra günortaya kimi yatır. O
ölәndә qızlar әklil alıb messa sifariş verdilәr; ancaq dәfnә
gedә bilmәdilәr, polis icazә vermәdi.
– Babanız nә vaxtsa Braziliyaya getmişdi, – Adeqa
danışır, – daha doğrusu, Xan Amieyrosu öldürüb, Fukonu
qorxudandan sonra, Maneçaya isә cingiltili, parıltılı 50 min
real – onda bu, var-dövlәt idi (qalan pulları dәmir yolu

134
   129   130   131   132   133   134   135   136   137   138   139