Page 138 - Sela
P. 138
İLO XOSE SELA

Dişilәr qancıq kimi San-Migel de Businyos keşişinin
arxasınca gedirlәr; bir-birlәrinә onun üstünlüklәrındәn
dәm vururlar, nә gündә, nә kölgәdә ona rahatlıq verirlәr.

– Bağışlayın, don Merexildo, onlara niyә dözürsünüz?
– Niyә axı dözmәyim? Zavallılara ancaq tәsәlli lazımdı.
Vәhşi heyvanlara tәlim verәn baqaneyralı Polikarponun
evinin üst mәrtәbәsi atası ölәndә uçdu, hamı da yuxarıya
yığılmışdı. İlahi, biz necә xilas ola bildik! Ölәn olmadı,
ancaq çox sümüklәr sındı, çox başlar partladı, çoxlarının
ürәyi ayağının altına düşdü. Tir ağırlığa tab gәtirmәmişdi,
döşәmә iki yerә bölünmüşdü vә hamı tövlәyә – samanın
üstünә tökülmüşdü. Mәrhumu tәzәdәn rahatlamaq lazım
gәlmişdi.
– Onu küçәdә qoymaq olmaz, nәm çәkәcәk. Görmürsәn,
artıq islanıb, onu divara söykә.
Qarışıqlıqda Polikarponun uşaq kimi sözә qulaq asan,
baraban çalınanda rәqs elәyәn üç “bilikli” dәlәsi qaçmışdı.
– Onlar birinci növ heyvanlardı, – o kәdәrlәnirdi, –
elәlәrinә bir dә heç vaxt rast gәlmәyәcәyәm.
Polikarponun atası bir az artıq içib, doxsan yaşında
kәllәsini yerә qoymuşdu. Qoca çaxırı xoşlayırdı, bu qәdәr
yaşaya bilmişdisә, demәk, elә dә ziyanı olmamışdı; indiki
cavanlar bir şey deyillәr, әvvәllәr isә, sözün әsl mәnasında,
işlәyirdilәr, kişilәr içirdi, çәkirdi, ancaq qabanla tutaşıb
bağırsaqlarını yerә tökmәyi bacarırdılar.
Polikarponun atası yaxşı yaşamaq eşqiylә var-dövlәtini
havaya sovurmuşdu. Polikarponun atasının adı don Beninyo
Portomoro Turbiskedo idi, o, imkanlı ailәdә doğulmuşdu,
sonra bir qәpiksiz qalması artıq başqa mәsәlәydi. Don
Beninyonun qәribәliklәri çoxdu, hәr yerdә xәyanәt görürdü.
Don Beninyo hәmişә qadınları dişilәrin – ilan da daxil
olmaqla – әn pozğunu, etibarsızı hesab elәyirdi. Don
Beninyo anasının tәrbiyә etdiyi gözәl, bir xeyli müәmmalı,

138
   133   134   135   136   137   138   139   140   141   142   143