Page 141 - Sela
P. 141
İki ölü üçün mazurka

Mikaela, babam Kavitedәki qәzadan danışana qәdәr, hәr
axşam anbarın küncündә mәnimlә әylәnirdi. Əvvәllәr
ailәdә bir-birinin qayğısına daha çox qalırdılar.

İnsafsızcasına, bәlkә dә, hәddәn artıq mәrhәmәtlә yağır,
dağın kәnarının silindiyi dünyanın üstünә yağır; o tәrәflәrdә
nә baş verdiyini bilmirәm, bu heç vacib dә deyil. Böyüyәn
cism kimi, ya böyüyәn çiçәk kimi cingildәyәn torpağa
yağır vә kiminsә ürәyinә sığınmaq istәyәn bir ruh әzab
çәkә-çәkә havada uçur. Sәn qadınla yatırsan, әgәr oğlun,
ya, bәlkә, qızın olsa, heç on beş yaşına çatmamış Leonun
hansısa avarasına qoşulub qaçacaq, yağış onda da dağın
üstünә belәcә yağacaq. İki it yağışın altında sevişib qurtarıblar,
indi biri qәrbә, biri şәrqә baxıb, qanlarının soyumasını
gözlәyirlәr.

– Bax ha, sәni dә Uayld kimi zәncirlәmәsinlәr.
– Hәyasızlıq elәmә, Monça.
Senyorita Ramona hәr şey bitәndәn sonra bir plitka
şokolad yeyir.
– Tanrı әvәzini versin, Raymundino, mәni xoşbәxt
elәyirsәn.
Senyorita Ramona bir an fikirlәşib sonra gülür:
– Qulaq as, әgәr sәnin o yerinin avtomobildәki kimi
dörd sürәti olsa neylәrdin?
Hәyasızlıq elәmә, Monça.
Saçları çiyninә tökülmüş, çılpaq döşlәri bir az sallanmış
senyorita Ramona, yırğalanan kürsüdә oturub siqaret
tüstülәdәn kuzeni Raymundoya baxır.
– Yox, sәfeh! Biz qadınlar çılpaq olanda nә istәsәk,
danışa bilәrik; yataqda danışılanlar hesaba alınmır. Əynimi
geyinәndә susacam!
Markos Albite Muradasın iki ayağı yox idi, narıncı
rәngdә yeşikdә yaşayırdı; dörd tәkәr, yeşiyin kәnarında
beşguşәli yaşıl ulduz, üstündә dә qızılı hәrflәrlә yazılmış
inisialı M.A.M. Markos Albitenin ayağını qudurmuş tülkü

141
   136   137   138   139   140   141   142   143   144   145   146