Page 145 - Sela
P. 145
İki ölü üçün mazurka

itirәcәk, hardan gәlib, hara getdiyini bilmәyәcәk; kral
Arturun döyüşçülәri Müqәddәs Piyalәni axtaranda
mığmığaya çevriliblәr, orada qurbağalar, suilanları da var.

– Kәnarıyla getmәk olar?
– Hә, rahatca keçmәk olar.
Brinideloya qәdәr yol pis deyildi, gözlәnilmәz heç nә
baş vermәdi; ikinci gün Mourilonesdәki meyxanada Monço
Preqisas mübahisә elәdi, ancaq Tanis Qamuso araya girdi
vә hәr şey dava-dalaşsız ötüşdü.
Xures dağında ağıl sadә, ancaq rahatdı. Orada yalnız
özümüzünkülәr işlәyir, kәnardan adam gәtirmәyә ehtiyac
yoxdu. Orense әyalәti at sarıdan Qalisiyada әn qıt yerdi.
Bizә qohum olan Mavrislәr çox mәmnun olmuşdular,
süfrәyә yaxşı çәkilmiş araq qoydular. Vәhşi atların
әhlilәşdirildiyi yerә buranın camaatı kurro deyir; kurro
hәm dә tәqib, ov, damğalama demәkdi, başqa yerlәrdә
tutmaq – heyvanları tutmaq deyirlәr. Brinideloda yaşayan
Marvislәr – Sequndo, Evaristo vә onların atası Kamilo –
Qamusonun qohumlarıdı. Kurroya rәhbәrliyi Qamusoların
böyüyü Afutoya tapşırmışdıq.
– Sәn böyüklük elәyәcәksәn, biz dә arxanca gedib,
әmrlәrini yerinә yetirәcәyik.
– Yaxşı.
Sәhәr hava hәlә işıqlanmamış hamımız gümrah halda
dağa qalxdıq, atlarımız da isti tövlәdә yemlәnmişdilәr, su
içib, yaxşıca dincәlmişdilәr. İşin çәmi elәdi ki, gәrәk
tәlәsmәyәsәn, ehmal olasan, yoxsa atlar hürküb qaçarlar.
Əvvәl-әvvәl yaxınlaşıb dilә tutasan, oxşayasan: “Hә, atım
mәnim! Tәrpәnmә, balaca! Sakit ol, qarınqulu!” Bağırtı,
dәyәnәk sonra, hava işıqlaşıb atlar ağıla aparan cığıra
düşәndә olacaqdı.
On iki-on üç atlı sübh şәfәqlәrindә dәhşәtdәn başını
itirmiş yüzdәn çox, razıyam, nә fәrqi, yüzdәn az vәhşi atı
tәqib edirlәr, hәmin an ürәyin, az qalır köksündәn çıxsın.

145
   140   141   142   143   144   145   146   147   148   149   150