Page 147 - Sela
P. 147
İki ölü üçün mazurka
soyadının baş hәrflәri “R.L.” atın hәr iki qulağına vurulur.
Zәif vә şikәst atlar, demәk istәyirәm, canavarlara yem
olası, aclıqdan, soyuqdan ölәsi atlar damğalanmır. Niyә?
Çünki bәrkqaçan xırda atları, şabalıdı rәngli (aralarında
qaraları, ağ-qaraları da var) ponilәri ağzıbağlı saxlamaq
olmaz – heç bir gün dә keçmәmiş qüssәdәn ölәrlәr. Sonralar
gorbagorun xaincәsinә öldürdüyü Sidran Seqadenin
yorulanda yaxşı oxumağı, tütәk çalmağı varıydı...”
Robin Lebosan olanları tәsvir elәyәndәn sonra, onu
bәrkdәn oxuyub ayağa durdu.
– Mәncә, qәhvә ilә konyakın pulunu çıxardım. Axşam
Roziklerin yanına gedәcәyәm, ona şokolad aparacağam,
yeyib bir az kökәlsin.
Tibb bacısı Rozikler senyorita Ramonaya canı möhkәm
olsun deyә hәmişә dәmir, qlükoza, kalsium iynәsi vurur.
Senyorina Ramona qanazlığı, zәiflik, üzgünlüyә görә
“Deskyen” çaxırı içir vә “Fitikal” hәbi qәbul elәyir. Deyirlәr,
Roziklerin başqa mәziyyәtlәri dә var, ancaq onları gizlәdir,
bizdәn isә heç nә soruşan yoxdu. Rozikler vә senyorita
Ramona görәn olmayanda ikilikdә rәqs elәyirlәr, bir-birlәrini
sevә-sevә әzizlәyirlәr; köpәk Uayld da әzizlәnmәyi xoşlayır,
o, çox mehriban vә sözә baxandı.
– Rozikler, getmә, bir az da qal.
– Mәgәr kuzenin Raymundo bu gün gәlmәyәcәk?
– Sәnә nә? Raymundo ikimizin dә öhdәsindәn gәlәr.
– Hә, şübhәsiz... Birinci dәfә deyil ki!
– Sus, Rozikler, fahişәliyinә salma.
– Mәn kefim istәdiyini deyirәm, Monça. Bir dә, mәni
bu cür soyuqqanlıqla fahişә adlandıranda heç xoşum gәlmir.
– Bağışla.
Rozikler senyorita Ramona ilә şam elәyib, gecәdәn
keçәnә qәdәr qaldı.
– Çox gecdi, indi gedәcәksәn?
– Hә, bu gün sәnә Robinlә xәyanәt elәyәcәyәm.
147