Page 151 - Sela
P. 151
İki ölü üçün mazurka
onda sәfәrә getmişdiniz, nә vaxtsa buna eyham vurmuşdum,
indi deyәcәyәm. Bilirsiniz, bir gecә Karbalinoya gedib, әrimi
öldürәn o gorbagorun qәbrini qazdım, evә gәtirib, leşini
donuzlara atdım, sonra da donuzları kәsib yedim: ayaqlarını
yedim, başından çoriso bişirdim, belәcә axıra qәdәr hamısını
yedim. Quxindeslәr sevinib dinmirdilәr, Karrupolar qıvrıla-
qıvrıla qalmışdılar, ancaq onlar da dinmirdilәr – ağızlarını
açsaydılar, onları qovardılar; Allahın öz qanunları var,
fikirlәşirәm ki, onlar ölkәdә çox qalmayacaqlar, bәzilәri
artıq gedib, hansısa İsveçrәyә, hansısa Almaniyaya, mәnә
qalsa, qoy onların hamısını donuzlar yesin.
Nacinsliyin dördüncü әlamәti – kosa saqqaldı; Fabian
Mingela Karruponun üzündә tәkәmseyrәk tük varıydı.
Gorbagor Fabian Mingela hardan keçsә, ölüm saçırdı,
Rozaliya Trasulfe – Sarsaq Keçiylә düz dörd il müftә oldu.
Adeqanın әri Afutonu, ola bilsin, ondan başqa hәlә on-on
beşini dә öldürәn o murdar, әn azı 1936-cı ildәn 1940-cı ilә
qәdәr Rozaliya Trasulfenin – Sarsaq Keçinin dalını әllәşdirirdi,
döşünü dişlәyirdi vә onu ağacla döyürdü.
– Sus, sәni dә başqalarının yanına yollayaram, yaxşı
bilirsәn ki, onların heç biri qayıtmayıb.
Rozaliya Trasulfe – Sarsaq Keçi gorbagordan üç dәfә
uşağa qalmışdı, üç dәfә dә Patakedә mamaça Damian
Otarelonun evindә abort olunmuşdu, onu cәfәriylә müalicә
elәmişdilәr.
– Çox illәrdi tәk yaşamağa, fahişә olmamağa çalışıram,
nacinsdәn oğul doğmaq istәmirәm. Bәlkә, Allah nә vaxtsa
buna son qoyacaq.
Rozaliya Trasulfe – Sarsaq Keçi hәmişә bu sözlәri
tәkrarlayırdı.
– Doğrudu, o, mәnimlә istәdiyini elәyirdi, ancaq sağam,
yaxşı-yaxşı yuyunub tәmizlәnmişәm. Mouço ölüylә
qidalanan, yalnız ölüylә yaşayan qәbir qurdu kimi bir
şeydi.
151