Page 156 - Sela
P. 156
İLO XOSE SELA

Allaha dua elә, sәnin әdәbsizliklәrin ucbatından hamımız
lәnәtlәnәcәyik!

Bir dәfә keşiş daşla Katuxa Baintenin döşlәrinin arasından
vurdu; onun ağzından qan gәldi. Keşiş gülmәkdәn uğunub
gedirdi.

– Yaman vurdum, az qalmışdı içalatı tökülsün!
Martinili sarsaq qadın Katuxa Bainte Lusionun dәyirman
nohurunda çimir, elә bil yetim qalmış quzudu, mәlәk kimi
günahsızdı.
– Su soyuqdu?
– Yox, senyor, o qәdәr dә yox...
İstәyirәm La Korunyadakı kuzenlәrimә bir mәktub
qaralayam ki, ayaqsız Markos Albiteyә ağacdan düzәltdiyi
San Kamiloya görә yenә siqar göndәrsinlәr. Yәqin, bu, çox
gözәl olacaq.
Kurro Xuresdә, Markos Albitenin hәlә ayağının
kәsilmәdiyi vaxtlarda bir-birimizә “sәn” deyә müraciәt
elәyirdik, sonra müharibә başladı, dәhşәtli şeylәr baş verdi,
indi bәzәn “sәn”, bәzәn “siz” deyirik, baxır şәraitә, adam
arasında, adәtәn, “siz”lә danışırıq, mәn daha çox “sәn”
deyirәm. O, beynimi apardı ki, kuzenlәrimdәn siqar xahiş
elәyәm. Markos Albite yaxşı oğlandı, onun yeşiyindә adam
tәngә gәlәr.
– Ulduzu, demәk olar, görünmür, tәzәdәn rәnglәmәk
lazımdı; hamı deyir, yaşıl rәng yaxşıdı, ancaq o da әvvәlkilәr
kimi solacaq, gәrәk tәzәdәn rәnglәyәsәn.
Patefon qramofondan yaxşıdı, daha qәşәng vә müasirdi,
patefonun borusu yoxdu, sәs yanlardakı yarıqlardan çıxır.
Kasandullardan olan Monça Raymundonun bizim kuzenә
bağışladığı patefonun markası “Odeon”, modeli “Kadet”di.
Könül üçün musiqi – “Ay işığı”, “Elize”, Şopenin polonezlәri
– royalda çalınsa yaxşıdı; iş arası qulaq asdığın musiqi,
әksinә, patefonda yaxşı sәslәnir, daha әsrarәngiz, daha
mәftunedici olur. “Şamların valsı” bunların arasındadı,

156
   151   152   153   154   155   156   157   158   159   160   161